Cümə, 19.04.2024, 15:29

Chemistry

Статистика

Saytdakı istifadəçilərin ümumi sayı: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Üzvi kimya

Ana səhifə»Digər kafedralar

Üzvi kimya kafedrası 1935-ci ildə yaradılmış və müdiri K.A.Krasuski təyin edilmişdir. 1937-ci ildə K.A.Krasuskinin vəfatından sonra, onu professor V.F.Qurr əvəz etmişdir. 1938-1941-ci illərdə kafedraya dosent Mədət Əli oğlu İsgəndərov, 1941-1942-ci illərdə isə dosent Ələsgər Hacızadə rəhbərlik etmişdir. 1942-1951-ci illərdə kafedraya AMEA-nın müxbir üzvü Şamxal Məmmədov rəhbərlik etmişdir. 1951-1960-cı illərdə kafedraya akademik Ə.M.Quliyev, 1960-1965-ci illərdə isə professor İslam Əlizadə rəhbərlik etmişdir. 1965-1992-ci illərdə kafedra müdiri professor Ş.T.Əhmədov olmuşdur. 1992-1994-cü illərdə kafedraya professor M.İ.Mustafayev, 1994-2002-ci illərdə professor M.N.Məhərrəmov rəhbərlik etmişlər.

2002-ci ildən kafedraya akademik A.M. Məhərrəmov rəhbərlik edir.

Kafedranın ştat personalı – 21 nəfər
Kafedra müdiri, akademik – 1 nəfər (0.5 ştat)
professor – 3 nəfər (0.5 ştat)
professor – 3 nəfər (1 ştat)
dosent – 8 nəfər (1 ştat)
dosent – 2 nəfər (0.5 ştat)
b/m – 2 nəfər (1 ştat)
müəllim – 2 nəfər (0.5 ştat)
Kafedrada bakalavr və magistratura təhsili üzrə tədris olunan bütün fənlərin proqramları nəşr edilmişdir.

Bakalavr təhsil pilləsi üzrə 6 fənn tədris edilir. Bunlardan ”Üzvi kimya” (kimya və biologiya fakültələri üçün), ”Dərman maddələrinin sintezi” və ”Boyaq maddələrinin kimyası” fənləri üzrə yeni dərsliklər nəşr edilmişdir. ”Həyat fəaliyyətinin kimyəvi əsasları” fənni üzrə dərslik çap olunmaq üçün təqdim edilmişdir.
Magistraturada təhsil iki ixtisas üzrə aparılır:
1) Üzvi kimya ixtisası üzrə
2) Təbii və fizioloji fəal maddələr kimyası ixtisası üzrə

Magistratura təhsil pilləsi üzrə 17 fənn tədris edilir.Bu təhsil pilləsi üzrə tədris olunan fənlərdən “Metalüzvi birləşmələr”, “Dərman maddələrinin sintezi” fənləri üzrə yeni dərsliklər nəşr etdirilmişdir.

Kafedrada akademik A.M.Məhərrəmovun rəhbərliyi ilə “Zərif Üzvi Sintez” Elmi-Tədqiqat Mərkəzi yaradılmışdır. Kafedranın Moskva Dövlət Universiteti, N.D.Zelinski ad. Üzvi Kimya İnstitutu, Fizioloji Aktiv Birləşmələr İnstitutu (Rusiya), A.E.Arbuzov ad. Üzvi və Fiziki kimya İnstitutu (Kazan), Kazan Dövlət Universiteti, Orta Doğu Texniki Universiteti və s. təhsil müəssisələri ilə geniş elmi əlaqələri vardır.

Zaqafqaziyada ilk dəfə olaraq BDU-nun Üzvi kimya kafedrasının müdiri akademik A.M.Məhərrəmovun rəhbərliyi və təşəbbüsü ilə Üzvi kimya kafedrasında NMR spektroskopiya, kütlə-spektroskopiyası və RSA laboratoriyaları yaradılmışdır. Geniş analiz imkanlarına malik NMR “Bruker 300 MHs” spektrometri 22 noyabr 2002-ci ildə quraşdırılmışdır.

Kafedrada elmi-tədqiqat işləri əsasən “Zərif üzvi sintez” istiqamətində 2 mövzu üzrə aparılır:
1) Beş- və altıüzvlü heterotsiklik birləşmələrin sintezi və tədqiqi
2) Azot-, kükürd- və fosforüzvi birləşmələrin yeni nümayəndələrinin sintezi və tədqiqi

Kafedra tərəfindən dissertasiya işlərinin, kurs və buraxılış işlərinin aktuallığına, tətbiqinə və yerinə yetirilmə səviyyəsinə ciddi nəzarət edilir.

Son 5 ildə kafedrada 9 namizədlik dissertasiyası və 1 doktorluq dissertasiyası müdafiə edilmişdir.