Cümə axşamı, 25.04.2024, 11:42

Chemistry

Статистика

Saytdakı istifadəçilərin ümumi sayı: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Fiziki və kolloid kimya

Ana səhifə»Digər kafedralar

Fiziki və kolloid kimya kafedrası 1935-ci ildə təşkil olunmuşdur. Kafedrada 7 elmlər doktoru, 40-dan çox elmlər namizədi, o cümlədən xarici ölkələr üçün (Koreya, Əfqanistan, Suriya və s.) 5 elmlər namizədi hazırlanmışdır Bu müddət ərzində kafedranın əməkdaşlarının 1000-dən çox elmi məqaləsi respublika və xarici nəşriyyatlarda dərc edilmişdir.

Fiziki və kolloid kimya kafedrasına prof. V.İ.Tixomirov (1935-1946), dos. Ə.Q.İsmayılov (1946-1957), akad. M.T.Nağıyev (1957-1960), prof. S.A.Ələkbərova (1960-1965), prof. İ.S.Səttarzadə (1965-1983), prof. Ə.A.Quliyev (1983-1999), dos. E.D.Eylazov (2000-2003) rəhbərlik etmişlər. 2004-cü ildən kafedraya prof. E.İ.Əhmədov rəhbərlik edir.

Fiziki və kolloid kimya kafedrasının əməkdaşlarının sayı 21 nəfərdir: o cümlədən 2 professor, 7 nəfər dosent və 3 nəfər baş müəllim vəzifəsində işləyir.

Kafedranın inkişafında, istər elmi işlərin təşkilində, istərsə də tədris və metodiki işlərin keyfiyyətinin yüksəlməsində mühüm rol oynamış şəxsiyyətlərdən prof. V.İ.Tixomirovu, akad.M.F.Nağıyevi, АМЕА-nın müxbir üzvü B.A.Dadaşovu, АМЕА-nın müxbir üzvü V.F.Neqreyevi, АМЕА-nın müxbir üzvü Z.Q.Zülfüqarovu, prof. İ.S.Səttarzadəni, prof. Ə.A.Quliyevi, prof.C.Ə.Ələkbərovanı və başqalarını göstərmək olar.

Hazırda kafedrada «Kompleks xassələrə malik olan əhəmiyyətli birləşmələrin alınmasının sintezi metodikalarının işlənilməsi» mövzusunda elmi-tədqiqat işləri aparılır.
Kafedrada "Fiziki kimya", "Kimyəvi kinetika və kataliz", "Elektrokimya" və "Kolloid kimya" ixtisasları üzrə magistrlər hazırlanır.
Fiziki və kolloid kimya kafedrasının əməkdaşları kimya və bioloigya fakültələrində mühazirələr oxuyurlar. Kafedrada əvvələr müxtəlif mövzulara aid metodiki göstərişlər hazırlanmışdır (prof. V.İ.Tixomirov, prof. S.Ə.Ələkbərova, dos. L.Z.Məmmmədova). 1965-ci ildə dos. S.Ə.Ələkbərova, İ.N.Putilovanın «Kolloid kimya kursuna aid parktikum» kitabını və Y.İ.Gerasimovun redaktəsi altında çıxan «Fiziki kimya kursu» кitabını (I cild) tərcümə etmişdir. M.Məlikzadənin "Fiziki kimya praktikumu" 1961-ci ildə nəşr edilmişdir.
1. N.T.Şəmilov, E.İ.Əhmədov, İ.S.Zamani "Kimyəvi kinetika və kataliz" (təcrübi məşğələlər), 2002.
2. E.T.Əhmədov, N.T.Şəmilov, A.Q.Əliyeva "Fiziki kimya praktikumu", 2007.

Fiziki və kolloid kimya kafedrasının uzun illər Moskva Dövlət Universiteti, Baykov adına Metallurgiya İnstitutu (Moskva), Kurnakov adına Ümumi və Qeyri-üzvi Kimya İnstitutu (Moskva), Bərk cisimlər və yarımkeçiricilər İnstitutu (Minsk) və Ümumi və Qeyri-üzvi Kimya İnstitutu (Kiyev) ilə elmi əlaqələri olmuşdur. Kafedra elmi və elmi-metodiki əlaqələrini xarici ölkələrin görkəmli ali təhsil ocaqları ilə davam etdirir (Moskva, Kiyev, Novosibrisk, Alma-Ata, Tbilisi və s.). Hal-hazırda kafedranın əməkdaşları Türkiyə, Rusiya, İran və digər ölkələrlə elmi əlaqələlər saxlayır.