Cümə, 26.04.2024, 19:08

Chemistry

Статистика

Saytdakı istifadəçilərin ümumi sayı: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Analitik kimya

Ana səhifə»Digər kafedralar

Analitk kimya kafedrası 1935-ci ildə yaradılmışdır. Kafedraya 1935-1941-ci ilə kimi prof. M.Ə.Əfəndi, prof. B.F.Neqreyev, 1941-1979-cu ilə M.Q.Əhmədli, 1979-2006-cı ilə qədər prof.D.H.Qəmbərov rəhbərlik etmişlər. Hal-hazırda kafedraya k.e.d. prof. Famil Musa oğlu Çıraqov rəhbərlik edir. Kafedrada 25 əməkdaş çalışır. Onlardan 9 müəllim, 16 laborant və preparator heyətidir. Müəllimlərdən bir nəfər АМЕА-nın müxbir üzvü, bir nəfər professor, 6 nəfər dosent və bir nəfər 0,5 ştat müəllimidir. Kafedrada ilk dəfə Azərbaycanda analitik kimya ixitsası üzrə АМЕА-nın müxbir üzvü olmuş, Əməkdər Elm Xadimi prof. Əliyeva Rəfiqə Əlirza qızı çalışır.



Kafedranın əsas elmi istiqaməti üzvi reaktivlərin sintezi və onların qeyri-metal ionlarının təyinində tətbiqi ilə bağlıdır. Elmi-tədqiqat işində kafedranın professor, müəllim və laborantları, o cümlədən aspirant və dissertantları iştirak edirlər.





Kafedrada aşağıdakı fənlər tədris olunur:



• analitik kimya

• fiziki-kimyəvi analiz metodu

• üzvi reaktivlərin analitik kimyada tətbiqi

• kompleks birləşmələrin analitik kimyada tətbiqi

• nadir elementlər analizi

• rentgen spektroskopiya analiz metodu

• ayrılma və qatılaşdırma metodu

• nümunə çəkisinin götürülməsi

• xromatoqrafik analiz metodları

• elektrokimyəvi analiz metodları

• optiki analiz metodları

• atom-absorbsion analiz metodları

• analiz nəticələrinin riyazi hesablanması



Kafedrada aşağıdakı tədris laboratoriyaları fəaliyyət göstərir :





• vəsfi və miqdari analiz metodları

• fiziki-kimyavi analiz metodları

• xromatoqrafik analiz metodları

• atom-absorbsion analiz metodları

• kompleks birləşmələrin analitik kimyada tətbiqi

• elmi tədqiqat laboratoriyaları



Analitik kimya kafedrası Moskva, Tbilisi, Saratov və Voronej Dövlət Universitetləri, АМЕА-nın Kimya və Radiasiya Problemləri İnstitutları ilə elmi əməkdaşlıq edir.



Kafedarnın əməkdaşları Radiasiya Problemləri Institutu ilə birlikdə «Azərbaycan Respublikası ərazisində uran tərkibli süxur və filizlərdə uran və torium təbii radiaktiv sıra elementlərinin analizi üsullarının və ayrılmasının mütərəqqi texnologiyalarının işlənməsi», КPİ ilə «Sənaye çirkab sularının kombinə edilmiş üsul-biokimyəvi təmizlənməsi üçün yeni ekoloji, təmiz reagentlərin sintezi və iqtisadi səmərəliklərinin tədqiqi» mövzusunda elmi və elmi-texniki əməkdaşlıq işləri həyata keçirirlər.



Kafedranın son illərdə elmi nəşrləri və kitabları:

1. Алиева Р.А., Гамидов С.З., Чырагов Ф.М., Азизов А.А. Предварительное концентрирование кадмия и цинка на хелатощбразуюущем сорбенте перед определением пламенным атомно-абсорбционным методом //Журн. аналит. химии, 2005, Т.60, №12, с. 1251-1254.

2. Алиева Р.А, К. Т. Махмудов, Ф.М. Чырагов. Фотометрического определение меди(ЫЫ) в нефтяных шламах//Журнал заводская лаборатория, 2004, Т.70, №9, с. 22-25

3. Алиева Р.А., Чырагов Ф.М., Махмудов К.Т. Азопроизводное 2-теноилтрифторацетона как реагент для фотометрического определения меди(ЫЫ) //Журнал аналитической химии, 2005, Т.60, №2, с.157-161.

4. Д.Г. Гамбаров, Ф.Г. Халилова, Х.Дж. Нагиев //Спектрофотометрическое определение молибдена(VI) бромпирогалоловым красным в присутствии тритона х-114. ЖАХ-2006

5. Гаджиева С.Р., Гусейнов Ф.Э., Чырагов Ф.М. Изучение влияния катионных поверхностно-активных веществ на комплексообразование лютеция (III)с 2,2′, 3, 4-тетрагидрокси-3′-сульфо-5′-нитроазобензолом//Журн. аналит. химии, 2005, Т.50, №1, с.137-140

6. А.М.Məhərrəmov, R.Ə.Əliyeva, Т.Ə. Маhmudоv, F.М. Çıraqov. Кimyа, Bакı -2007.

7. Y.А.Zоlоtоv. Аnalitik кimyanın əsasları. Kitab 1. 1999. Tərcümə edənlər: R.Ə.Əliyeva, F.M.Çıraqov, S.Z.Həmidov. – 2005, 438 c.

8. Y.А.Zolotov. Analitik kimyanın əsasları. Kitab 2. 1999. Tərcümə edən: R.Ə.Əliyeva. – 2007, 566 s.

9. R.Ə.Əliyeva, F.M.Çıraqov, F.E.Hüseynov. Analitik kimyadan praktikum. – 2004, 512 s.

10. Y.N. Doroxova, Q.V.Proxorova. Analitik kimyadan məsələ və suallar.-2001.Tərcümə edənlər (R.Ə.Əliyeva, F.M.Çıraqov. –2003), 278 s.

11. D.H. Qəmbərov, F.M.Çıraqov, Х.C. Nağıyev . Тitrimetrik analiz – 2001, 175 s.

12. D.H.Qəmbərov. Т.İ. Əmrahov. Analitik kimya – 1998, 150 s.