Cümə, 26.04.2024, 13:58

Chemistry

Статистика

Saytdakı istifadəçilərin ümumi sayı: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Neft kimyası və kmiya texnologiyası

Ana səhifə»Digər kafedralar

Neft kimyası kafedrası (indiki Neft kmiyası və kimya texnologiyası) 1943-cü ildə görkəmli alim, akad. Y.H.Məmmədəliyevin təşəbbüsü ilə yaradılmışdır. Kafedraya akad. Y.H.Məmmədəliyev (1943-1959), prof. Ş.T.Əhmədov (1959-1965), prof. C.Ə.Hüseynov (1965-9167), dosent A.İ.Cabbarov (1967-1971), prof. A.H.Ağayev (1971-1978), dosent M.R.Bayramov (1978-1984), prof. V.M.Əhmədov (1984-1988) rəhbərlik etmişlər. 1988-ci ildən bu günə qədər kafedraya k.e.d., prof. M.R.Bayramov rəhbərlik edir. Hazırda kafedrada 4 kimya elmləri doktoru, professor; 4 kimya elmləri namizədi, dosent; 3 kimya elmləri namizədi, dosent əvəzi; 1 laboratoriya müdiri, 5 laborant, 2 preparator fəaliyyət göstərir. Kafedrada 1 nəfər akademik V.M.Fərzəliyev əvəzçiliklə (0,5 şt) işləyir.

Kafedrada bakalavr və magistr dərəcəsi alan tələbələr üçün
• Neft kimyası və neft kimyəvi sintez;
• Neftin termokatalitik emalının nəzəri əsasları;
• Kimya texnologiyası;
• Neft və qazın kompleks emalının elmi əsasları;
• Neft və qaz əsasında texniki əhəmiyyətli maddələrin alınması;
• Neft məhsullarının keyfiyyətinin yaxşılaşdırılması üçün aşqarlar və s. kimi kurslar tədris olunur.

Kafedranın elmi istiqaməti – Neft kimyası və neft kimyəvi sintezdir. Kafedranın əməkdaşların karbohidrogen məhsullarının mülayim şəraitdə katalitik çevrilmələri, tərkibində heteroatom və funksional qruplar saxlayan maddələrin alınması və tədqiqi ilə məşğuldurlar.

Kafedrada fenolun asetonla qarşılıqlı təsirindən alınan kondensatın birbaşa homogen-katalitik parçalanmasından alınan qarışığın (fenol, p-izopropenil fenol) formaldehidlə polikondensləşməsindən yeni nəsil doymamış fenol-formaldehid tipli oliqomerlərin alınması prosesi işlənib hazırlanmışdır. Alınmış oliqomerlər əsasında xüsusi məqsədli «BK-50» yapışqanı hazırlanmış və aviasiyada tətbiq olunmuşdur.

Eləcə də neft karbohidrogenlərinin modifikasiya olunmuş sintetik siolitlər üzərində mülayim şəraitdə katalitik pirolizi prosesi işlənib hazırlanmışdır.

Kafedranın əməkdaşları tərəfindən 20-dən çox dərslik, dərs vəsaiti və metodik göstərişlər, 600-dən çox elmi məqalə dərc etdirilmiş və 100-dən çox müəlliflik şəhadətnaməsi və 10 patent alınmışdır. Son illər kafedrada 20-yə qədər doktorluq və namizədlik dissertasiyası müdafiə olunmuşdur. Bunlardan 6 nəfər xarici ölkə (Hindistan, Vyetnam, Misir, Suriya, Əlcəzair, İran İslam Respublikası) vətəndaşıdır. Hazırda kafedrada 1 doktorant, 3 dissertant elmi işlərini yekunlaşdırmaq üzrədir.

Kafedranın əməkdaşları bir sıra xarici və АМЕА-nın elmi-tədqiqat institutları, eləcə də neft emalı zavodları ilə əməkdaşlıq edir.