Cümə axşamı, 25.04.2024, 03:01

Chemistry

Статистика

Saytdakı istifadəçilərin ümumi sayı: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Ekoloji kimya

Ana səhifə»Digər kafedralar

Ekoloji kimya kafedrası 2003-cü ildə yaranmışdır. “Ətraf mühitin toksiki birləşmələrlə çirklənməsinin monitorinqi və nəticələrinin aradan qaldırılması yolları” mövzusunda elmi-tədqiqat işi aparır. Elmi-tədqiqat işində kafedranın professor, müəllim, laborantları, o cümlədən aspirant və dissertantları iştirak edirlər.



Kafedranın professor-müəllim heyəti aşağıdakılardır:

1. Kafedra müdiri – k.e.d., prof. Hacıyeva S.R.
2. k.e.d., dоs. Hüseynli A.Q.
3. k.e.d., dоs. Əminbəyov Ə.F.
4. k.e.d., Rüstəmova Ü.N. – 0,5 şt. мüəl.
5. k.e.d., Мəmmədova S.Ş. – 1,0 şt. мüəl.
6. Əliyeva Т.İ. – baş laborant
7. Rəfiyeva H.L. – baş laborant
8. Əzimova S.İ. – baş laborant

Ekoloji kimya kafedrasında mütəmadi olaraq kafedra iclasları keçirilir və iclaslarda elmi-metodik və tədris məsələləri müzakirə olunur. Periodik olaraq elmi seminarlar, tələbələrin kurs və diplom işlərinin müzakirəsi keçirilir.

Elmi işlər məqalə və tezislər şəklində müxtəlif konfrans və seminarlara təqdim edilmiş və çap olunmuşdur.

Bütün tədris işləri ərzində kafedrada sistematik olaraq kimya fakültəsinin birinci, ikinci, üçüncü və dördüncü kurs tələbələri üçün kollokviumların sualları müzakirə olunur, həmçinin magistr-tələbələr üçün tədris yükunə uyğun olaraq yeni proqram tərtib olunmuş və buraxılış işinin mövzuları müəllimlərlə birlikdə müzakirə olunmuşdur.

Kafedrada tədris olunan fənlər:

Bakalavrlar üçün:


1. Ümumi ekologiya
2. Məişət ekologiyası
3. Sənaye ekologiyası
4. Ekologiyanın əsasları və ətraf mühitin mühafizəsi
5. Radioekologiya
6. Ekoloji kimya

Magistrlər üçün:
1. Ətraf mühit kimyasının müasir problemləri
2. Ətraf mühit kimyasının tarixi və metodologiyası
3. Ekologiyanın kimyəvi problemləri
4. Regionun kimyəvi ekologiyası
5. Radioekologiya
6. Avtomobil və ətraf mühit
7. Ətraf mühitin fiziki və kimyəvi parametrlərinin təyini üsulları
8. Ətraf mühitin qorunması və ona nəzarət
9. Kimyəvi ekoloji təhsil və tərbiyə
10. Neft emalı və neft sənayesinin ekoloji problemləri
11. Su, hava, torpaqda zərərli maddələrin təyini