Cümə, 26.04.2024, 13:29

Chemistry

Статистика

Saytdakı istifadəçilərin ümumi sayı: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Kimyanın tədrisi metodikası

Ana səhifə»Digər kafedralar

Bakı Dövlət Universitetində yüksək ixtisaslı müəllim kadrları hazırlığının keyfiyyətini yüksəltmək məqsədi ilə kimya fakültəsində 1987-ci ilin oktyabr ayında Qeyri-üzvi və Üzvi kimya kafedrasının bazası əsasında «Kimyanın tədrisi metodikası» kafedrası yaradılmışdır. Hal-hazırda kafedranın əməkdaşlarının ümumi sayı 11 nəfərdir. Bunlardan 6 nəfər k.e.n. dosent, bir nəfər müəllim və 4 nəfər laborant heyəti çalışır. Kafedrada bakalavr pilləsi üçün fənn proqrammı və magistr hazırlığı üçün «Kimyanın tədrisi metodikası» fənnindən proqram hazırlanıb çapdan çıxmışdır.

Proqram 18 mövzunu əhatə edir.

Kafedrada – Kimyanın tədrisi metodikası fənnindən aşağıdakı kitablar çapdan çıxmışdır.

1. Qeyri-üzvi kimyanın tədrisinə aid praktikum. Dərs vəsaiti. Bakı, 1998-ci il

2. Kimyanın tarixinə dair materiallar. I- kitab Bakı, 1999-cu il. Dərs vəsaiti.

3. Kimyanın tədrisində görkəmli alimlərin həyat yaradıcılığına dair materialların öyrənilməsi. Dərs vəsaiti. Bakı-2000-ci il.

4. Kimya təlimininin prinsipləri, üsulları və priyomları. Bakı, 2002-ci il . Dərs vəsaiti.

5. Kimyanın tədrisi metodikası. I hissə. Dərslik. Bakı, 2005-ci il.

6. Kimyanın tədrisi metodikası. II hissə. Dərslik. Bakı, 2006-cı il.

7. Kimya tədrisi üsulu praktikumu. Bakı, 2008-ci il. Dərs vəsaiti.


Bu kitablarla yanaşı son 5 ildə 60 məqalə, 40 tezis dərc olunmuşdur. Xaricdə isə 5 məqalə dərc edilmişdir. Respublikada bir ədəd ixtira edilmişdir.

Kafedra metodiki, təcrübəli işlərin təşkili və keçirilməsi metodikasının aparılması və digər problemlərlə məşğuldur.

Kafedra: Moskva Dövlət Universiteti, Kiyev Dövlət Universiteti, Özbəkstan və Qazaxstan Dövlət Universitetlərinin «Kimyanın tədrisi metodikası» kafedraları ilə elmi və metodiki əlaqə saxlayır.


Tədris olunan fənlər:

1. Kimyanın tədrisi metodikası

2. Kimyanın tədrisi metodologiyası

Kafedranın elmi istiqamətləri:

1. Kimya tədrisin aktual problemləri

2. Müasir kimyanın metodoloji problemləri

Kafedranın tərkibi:

1. k.e.n.dos.Ə.T.Əzizov

2. k.e.n. dos. T.N.Abdullayeva

3. k.e.n. dos.R.Ə.Azadəliyev

4. k.e.n.dos.K.N.Haqverdiyev

5. k.e.n.dos.Ə.V.Məhərrəmov

6. k.e.n.dos.İ.H.İbadov

7. müəllim N.V.Məmmədov


Kafedrada 4 nəfər baş laborant heyəti çalışır.

Kafedraya Azərbaycan Respublikasının əməkdar müəllimi k.e.n., dos.Ə.T.Əzizov rəhbərlik edir.