Cümə, 24.11.2017, 05:04

Chemistry

Статистика

Saytdakı istifadəçilərin ümumi sayı: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Tələbə həyatı

Аktiv tələbələrin elmi və təşkilati fəaliyyətlərindən
 
Bakı Dövlət Universitetində tələbələrin ictimai həyatda iştirakını və asudə vaxtını səmərəli təşkil etmək üçün bir sıra təşkilatlar fəaliyyət göstərir. Bu təşkilatlardan Tələbə-Gənclər Təşkilatı, Azad Tələbə Həmkarlar İttifaqı Komitəsi, Tələbə Elmi Cəmiyyəti daha fəaldırlar. Digər fakültələrdə olduğu kimi, Kimya fakültəsinin tələbələri də Universitetinin ictimai həyatında aktiv iştirak edirlər.

Bunlardan fakültə Tələbə Elmi Cəmiyyətinin fəaliyyətinə aşağıdakılar daxildir:
•    Tələbələrin elmi fəaliyyətə marağının artırılması ilə bağlı tədbirlər
•    Intellektual oyunların təşkili  
•    Fakültədaxili olimpiada yarışlarının keçirilməsi
•    Əlaçı və yaxşı oxuyan tələbələrin öz istəklərinə uyğun kafedralara istiqamətləndirilməsi
•    Elmi seminar və konfransların təşkili, fəal tələbələrin bu konfranslarda iştirakının təmini

Fakültə Tələbə-Gənclər Təşkilatının fəaliyətinə aşağıdakılar daxildir:
•    Tələbələrin sosial problemlərinin həlli istiqamətində işin həyata keçirilməsi
•    Tələbələr arasında maarifləndirmə işlərinin aparılması
•    Tələbələrin asudə vaxtının təşkil edilməsi
•    Tələbələrin hüquqlarının təmin edilməsi  
•    Tələbələrin maraq və meyllərini, intellektual inkişafını təmin etmək üçün dərnəklərin, klubların, kursların, xidmətlərin təşkil edilməsi.


HƏMKAR SIZIN DOSTUNUZ VƏ MÜDAFIƏNIZDIR!

 Fakültə Azad Tələbə Həmkarlar Komitəsinin fəaliyyətinə aşağıdakılar daxildir:
•    Sosial problemlərin həlli
•    Tələbələrin asudə vaxtlarının səmərəli keçməsi
•    Təhsil alan tələbələrin nizam-intizamı, sayı, dərsə davamiyyəti, yataqxana ilə təminatı barədə məlumatların alınması
•    Tələbələrin istənilən hüquq pozuntusunun müdafiə edir
•    Aspirant və ailəli tələbələrin uşaqlarına qayğı göstərir
•    Bütün təhsil alanlara hüquqi yardım edir
•    Tələbələrin imkanlarını inkişaf etdirir.

Həmkarlarda informasiya işinin təşkili











İnformasiya işinin inkişafına əngəl törədə biləcək faktorlar  Problemin həlli yolları
Həmkarlar  yeni təşkil olunanda onların zəif texniki təminatı ola bilər
 Maddi-texniki bazanın inkişaf yolları
Həmkarların liderinin lazımı biliklərə malik olmaması
-professional keyfiyyətlərin təlim və seminar vasitəsilə artırılması
-müxtılif test-sınaqlarının keçirilməsi
-stimul verici yolların axtarışı
-müxtəlif Həmkarlar təşkilatları arasında təcrübə mübadiləsini keçirmək
İnformasiya verilməsində həddindən artıq professionalizm
 -seminarlar zamanı ancaq yararlı məlumatın verilməsi
-informasiyanın verilməsində tələbənin bilik imkanlarını nəzərə almaq
-informasiya işi ilə bağlı xüsusi işçi qrupunun yaradılması
İnformasiyanın prioritet sahələri
Sosial yönümlü 60%
Asudə vaxtın mədəni, kütləvi tədbirlər ilə bağlı 40%
İnzibati əngəllər
İnzibati strukturlarla yaxşı münasibətin qurulması. İnzibati resursları istifadə edərək Həmkarlarda informasiya işinin təşkili, həmkarların müsbət xasiyyətnaməsinin formalaşması