Bazar günü, 17.12.2017, 20:23

Chemistry

Статистика

Saytdakı istifadəçilərin ümumi sayı: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Kimya fakültəsi haqqında ümumi məlumat

Kimya fakültəsi

Universitetin  kimya fakültəsi 1934-cü ildə  təşkil olunmuşdur. Fakültənin ilk dekanı dos. M.Ə. Əfəndi (1934-1937) olmuşdur. Hazırda fakültə dekanı prof. A.Ə.Əzizovdur. Fakültəni müxtəlif illərdə bitirən məzunlar arasında elmin yüksək zirvəsinə çatmış, milli kadrların hazırlanmasında xidmətləri olmuş görkəmli alimlər vardır. Yusif Heydər oğlu Məmmədəliyev,  Murtuza Fətulla oğlu Nağıyev,  Həbibulla Baxşəli oğlu Şahtaxtinski,  Abel Məmmədəli oğlu Məhərrəmov, Rəfiqə  Əlirza qızı Əliyeva, Tofiq Murtuza oğlu Nağıyev,  Nadir Miribrahim oğlu Seyidov, Səyavuş Fərhad oğlu Qarayev, Vaqif Məcid oğlu Fərzəliyev.
Fakültənin əsas elmi tədqiqat sahələri: Qeyri-üzvi kimyanın müasir problemləri, Mürəkkəb yarımkeçirici metallik fazaların termodinamikası və kimyəvi göstəriciləri, Mühüm üzvi maddələrin sintezi və analizi, polimerlərin sintezi, aromatik karbohidrogenlərin alkilləşmə reaksiyası, sorbentlərin və katalizatorların sintezi. 
Fakültədə 1 nəfər AMEA-nın həqiqi üzvü, 1 nəfər müxbir üzvü,  86 nəfər professor-müəllim heyəti,  61 nəfər baş laborant və laborant çalışır. Fakültədə 938 nəfər bakalavr, 78 magistr, 17 aspirant və  20 dissertant təhsil alır. Təhsil azərbaycan, rus və ingilis dillərində aparılır.

Fakültədə 8 kafedra, 6 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir.

Bakalavr ixtisasları

  1. Kimya
  2. Tətbiqi-Kimya
  3. Ekoloji-Kimya

                                                                                 
Magistr ixtisasları

  1. Kimyəvi kinetika və kataliz
  2. Kompozisiya materialları kimyası
  3. Radiоkimya və radioekologiya
  4. Qeyri-üzvi kimya
  5. Üzvi kimya
  6. Bərk cisimlər kimyası
  7. Fiziki kimya
  8. Kolloid kimya
  9. Analitik kimya
  10. Yüksəkmolekullu birləşmələr kimyası
  11. Elektrokimya
  12. Ətraf mühit kimyası
  13. Kimyanın tədrisi metodikası və metodologiyası
  14. Neft və qaz emalı
  15. Nano kimya

Fakültənin əsas elmi tədqiqat sahələrinə aşağıdakılar daxildir

  1. Qeyri-üzvi kimyanın müasir problemləri
  2. Mürəkkəb yarımkeçirici metallik fazaların termodinamikası və kimyəvi göstəriciləri
  3. Mühüm üzvi maddəlırin sintezi və analizi
  4. Polimerllərin sintezi, aromatik karbohidrogenlerin alkilləşmə reaksiyası
  5. Sovbentlərin və katalizatorların sintezi

Fakültədə təhsil forması əyanidir. Təhsil Azərbaycan, rus və ingilis dillərində aparılır. Fakültədə 940 nəfər бакалавр var, 44 magistr təhsil alır. Onların elmi-tədqiqat işləri ilə 90-a yaxın professor-müəllim hеyəti məşğuldur.

Onlardan 3 nəfər AMEA-nın həqiqi üzvü, цч nəfər müxbir üzvüdür. 23 nəfər elmlər doktoru, professor, 65 nəfər elmlər namizədi, dosent və müəllimdir.

Kimya fakültəsi müstəqil qurum kimi 1934-cü ildən fəaliyyət göstərir. 2006-cı ildən fakütəyə prof. А.Ə. Əzizov rəhbərlik edir.

Fakültəni müxtəlif illərdə bitirən məzunlar arasında elmin yüksək zirvələrinə çatmış alimlər və pedaqoqlar yetərincədir.

Yusif Heydər Oğlu Məmmədəliyev
1905-ci ildə anadan olmuşdur .1931-ci ildə MDU-nu bitirmişdir. 1934-cü ildən başlayaraq BDU-da assistent, dosent, professor vəzifələrində çalışmışdır. 1945-ci ildə ilk kimyaçı akademik seçilmişdir.

Murtuza Fətulla oğlu Nağıyev
1929-cu ildə BDU-nu bitirmişdir. 1945-ci ildə Kimya texnologiyası ixtisası üzrə professor, 1952-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir. Əməkdar elm xadimi olmuşdur.

Həbibulla Baxşəli oğlu Şaxtaxtinski
1926-cı ildə BDU-nu bitirmişdir. 1950-ci ildə professor, 1967-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir. Əməkdar elm xadimi olmuşdur.

Abel Məmmədəli oğlu Məhərrəmov
1950-ci ildə anadan olmuşdur. 1971-ci ildə BDU-nu bitirmişdir. 1991-ci ildə professor adına layiq görülmüşdür. 1993-1997-ci illərdə Kimya fakültəsinin dekanı işləmişdir. Əməkdar elm xadimidir. AMEA-nın həqiqi üzvüdür. 1999-cu ildən BDU-nun rektoru vəzifəsində çalışır.

Rəfiqə Əlirza qızı Əliyeva
1956-cı ildə BDU-nu bitirmişdir. 1970-ci ildə namizədlik, sonra doktorluq dissertasiyasını müdafiə etmişdir. Analitik кimya ixtisası üzrə professor adına layiq görülmüşdür. 2000-cı ildə əməkdar elm xadimi adına və akad. Y.Məmmədəliyev adına mükafata layiq görülmüşdür. 2007-ci ildən AMEA-nın müxbir üzvü seçilmişdir. BDU-nun “Ekoloji kimya və ətraf mühitin mühafizəsi” ETL-ın müdiridir.

Tofiq Murtuza oğlu Nağıyev
1964-cü ildə BDU-nu bitirmişdir. 1976-cı ildə “Fiziki kimya” ixtisası üzrə professor, 1989-cü ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildən həqiqi üzvü seçilmişdir.

Nadir Mirİbrahim oğlu Seyidov
1955-ci ildə BDU-nu bitirmişdir. 1969-cu ildə yüksəkmolekullu birləşmələr  kimyası üzrə professor adını almışdır. 1989-cu ildə AMEA – nın müxbir üzvü 2001-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir.

Qarayev Siyavuş Fərhad oğlu
1964-cü ildə BDU-nun kimya fakültəsini bitirmişdir. 1982-ci ildə professor elmi adına layiq görülmüşdür. 2007-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir. ADNA-nın rektorudur.

Fərzəliyev  Vaqif Məcid oğlu
1963-cü ildə BDU-nu bitirmişdir. 1987-ci ildə Neft kimyası ixtisası üzrə professor elmi adını almışdır. 2007-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir. Aşqarlar kimyası institutunun direktorudur.
Son üç ildə fakültə əməkdaşlarından 3 nəfər doktorluq, 10 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir. Fakültənin professor müəllim hеyəti tərəfindən 15 dərslik  və dərs vəsaiti, 3 monoqrafiya, 300-dən çox elmi iş çap olunmuşdur.
Fakültədə çalışan professor-müəllim hеyətiniн Türkiyə, ABŞ, Rusiya, Fransa, İngiltərə, Almaniya, Polşa, İran İslam Respublikası və digər inkişaf etmiş ölkələrin Universitetləri ilə sıx yaradıcılıq əlaqələri var.
Fakültə professor müəllim hеyəti və əməkdaşlarы Beynəlxalq qrant layihələrində iştirak edirlər. Son illərdə fakültənin tələbələri və magistrləri kimya üzrə keçirilən beynəlxalq elmi konfranslarda və olimpiadalarda iştirak etmiş və BDU-нu layiqincə təmsil etmişlər.
Fakültədə müasir tələblərə cavab verən universitet təhsilli kadrların hazırlanması üçün yüksək ixtisaslı kadr potensialı var. Aparılan elmi-tədqiqat işlərinin səviyyəsini yüksəltmək üçün müasir tələblərə cavab verən NMR, xromato-kütlə spektrometri və rentgen laboratoriyaları yaradılmışdır. Digər müasir analiz metodlarının fakültədə yaradılması istiqamətində ciddi işlər aparılır.
Respublikamızda Universitet təhsilini müasir dünya standartları səviyyəsinə çatdırmaq, müasir təhsil texnologiyalarına yiyələnmək məqsədi ilə bu ildən fakültəmiz Boloniya prosesinə qoşulmuşdur. Bu məqsədlə I kurs tələbələrinin ixtisasları üzrə yeni tədris planları hazırlanmışdır. 2007-2008 tədris ilindən başlayaraq təhsildə “Kredit sistemi” tətbiq olunur. Fakültədə tədrisin keyfiyyətini yüksəltəmək üçün son illərdə müasir tələblərə cavab verən tədris laboratoriyaları, mühazirə zalı yaradılmış və həmin laboratoriyalar üçün müasir avadanlıqlаr  alınmışdır.
Fakültə rəhbərliyi rektorluğun yaxından köməkliyi sayəsində kimya, tətbiqi kimya, ekoloji kimya istiгamətində müasir tələblərə cavab verən bakalavr və magistr hazırlanmasının keyfiyyətini artırmaq məqsədi ilə fakültənin maddi-texniki bazasının möhkəmləndirilməsi  və perspektivli professor-müəllim heyətinin formalaşdırılmasını daima diqqət mərkəzində saxlayır.

Kimya fakültəsinin dekanı

prof.A.Ə.Əzizov