Cümə, 19.04.2024, 19:46

Chemistry

Статистика

Saytdakı istifadəçilərin ümumi sayı: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Alkenilfenollar və karbonilli birləşmələr kimyası

Neft kimyası və kimya texnologiyası kafedrasının nəzdində fəaliyyət göstərən «Alkenilfenollar və karbonilli birləşmələr kimyası» elmi-tədqiqat laboratoriyası 1991-ci ildə kimya elmləri doktoru, professor M.R.Bayramovun təşəbüssü ilə yaradılmışdır. Laboratoriyada 1 elmlər doktoru, 3 elmlər namizədi, 2 kiçik elmi işçi və 1 laborant fəaliyyət göstərir.

Laboratoriyanın elmi istiqaməti – neft kimyası və neft-kimyəvi sintezdir. ЕТL-in əməkdaşları alkenilfenollar əsasında çoxufunksiyalı birləşmələrin sintezi və tədqiqi ilə məşğuldur. Laboratoriyanın əməkdaşları ilk dəfə olaraq polimerləşmə prosesini inhibitorlaşdıran fenol hidroksili izolə olunmuş yeni sinif polifunksional monometrlərin alınmasına nail olmuşlar. Alınan birləşmələrdən sonomer kimi istifadə etməklə müxtəlif xarici təsirlərə qarşı davamlı sopolimerlər alınmışdır.

ЕТL-də aparılan elmi-tədqiqat işləri ilə əlaqədar 2 nəfər doktorluq, 5 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir. Hazırda 3 nəfər dissertant öz namizədlik dissertasiya işini qurtarmaq üzrədir. Laboratoriyanın elmi istiqamətini əks etdirən «Alkenilfenollar kimyası» monoqrafiyası, 70-dən çox elmi məqalə dərc edilmiş, 9 patent alınmşdır.

Laboratoriyanın əməkdaşlarının iştirakı ilə 2 dərs vəsaiti nəşr edilmişdir.

Fakültədə təhsil alan tələbələr ТЕC-nin xətti ilə ЕТL-də aparılan elmi-tədqiqat işlərində yaxından iştirak edir. Eləcə də kafedranın tədrisi ilə ЕТL arasında sıx əlaqə yaradılmışdır.

Laboratoriya АМЕА-nın elmi-tədqiqat, RЕА-nın Semyonov ad. Kimyəvi Fizika Intsitutları ilə əməkdaşlıq edir.