çərşənbə axşamı, 23.04.2024, 16:57

Chemistry

Статистика

Saytdakı istifadəçilərin ümumi sayı: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Ekoloji kimya və ətraf mühitin mühafizəsi

Laboratoriya 2001-ci ildə AMEA-nın müxbir üzvü, Əməkdar Elm Xadimi, prof. Rəfiqə Əlirza qızı Əliyeva tərəfindən yaradılmışdır.
Laboratoriyaya həmin dövrdən prof. R.Ə.Əliyeva rəhbərlik edir.

Laboratoriyanın tərkibi aşağıdakı kimidir:
1. Əliyeva Rəfiqə Əlirza qızı – kimya elmləri doktoru, professor, laboratoriya müdiri;
2. Çıraqov Famil Musa oğlu – kimya elmləri doktoru, professor, 0,5 şt. aparıcı elmi işçi;
3. Hacıyeva Sevinc Rafiq qızı – kimya elmləri doktoru, professor, 0,5 şt. aparıcı elmi işçi;
4. Yusifov Yusif Həmid oğlu – fizika-riyaziyyat elmləri namizədi, 0,5 şt., böyük elmi işçi;
5. Mahmudov Kamran Talıb oğlu – 1,0 şt. elmi işçi;
6. Məmmədova Suraxanım Şura qızı – 0,5 şt. kiçik elmi işçi;
7. Əliyeva Fərqanə Səfər qızı – 1,0 şt. kiçik elmi işçi;
8. Həmidov Sahil Zahid oğlu – 1,0 şt. baş laborant;
9. Ağayeva Könül Tofiq qızı – 0,5 şt. baş laborant;
10. Hüseynov Fətəli Elmar oğlu – 0,5 şt. laborant;
11. Məlikova Vüsalə İsmayıl qızı – 0,5 şt. laborant.

Laboratoriyanın əsas elmi istiqaməti sənaye və təbii obyektlərin tərkibinə daxil olan zərərli maddələrin analizidir. Bunun üçün bir sıra fiziki-kimyəvi analiz metodlarından istifadə edilir.

İlk dəfə misin (II) fotometrik metodla təyini üçün yeni sinif üzvi reagentlər – β-diketonların azotörəmələri tətbiq edilmişdir. β-diketonlar əsasında 19 üzvi reagent sintez edilmiş və onların quruluşları NMR, İQ-spektroskopiya, spektrofotometrik analiz, kvant kimyəvi hesablama metodları ilə öyrənilmiş, təmizliyi isə kağız xromatoqrafiyası metodu ilə yoxlanılmışdır. Spektrofotometrik metodla β-diketonların azotörəmələrinin tautomer formalarının (enol-azo, hidroazo, keto-azo) kütlə hissələrini hesablamaq üçün riyazi ifadələr alınmış və asetilasetonun azotörəməsinin tautomer formalarının müxtəlif həlledicilərdə kütlə hissələrinin təyini üçün tətbiq edilmişdir. Müəyyən edilmişdir ki, həlledicilərin polyarlığı artdıqca enol-azo formanın kütlə hissəsi artır. Potensiometrik titrəmə metodu ilə reagentlərin dissosiasiya sabitləri təyin edilmişdir. Reagentlərin dissosiasiya sabiti ilə onların tərkibində olan əvəzedicilərin induksiya sabiti arasında korrelyasiya olduğu göstərilmişdir. Spektrometrik metodla reagentlərin molekulyar və ion formalarının əsas xarakteristikaları (λ, ε) öyrənilmişdir. Kvantkimyəvi hesablama metodu ilə birəsaslı və ikiəsaslı reagentin tautomer formalarında atomların effektiv yükləri təyin edilmişdir. Asetilasetonun azotörəmələrində molekulun aromatik hissəsinə para-vəziyyətdə daxil edilmiş əvəzedicilərin induksiya sabiti ilə onların protonlaşma prosesinin termodinamik funksiyaları arasında asılılıqlar qurulmuş və göstərilmişdir ki, bu asılılıqlar yuxarıdan məhduddur. Reagentlərin bir sıra metallarla əmələ gətirdiyi kompleks birləşmələrin davamlılıq sabitləri təyin edilmişdir. Müəyyən edilmişdir ki, molekulun β-diketon fraqmentinə və aromatik hissəsinə daxil edilmiş funksional qrupların mənfi induktiv effekti və kompleksəmələgətiricilərin ion radiusu artdıqca onların komplekslərinin davamlılığı və su mühtində konduktometrik titrləmə zamanı xüsusi elektrik keçiriciliyi azalır. Komplekslərin davamlılığı ilə reagentlərin dissosiasiya sabiti arasında qanunauyğunluq lgK=f(pK) olduğu göstərilmişdir. Müəyyən edilmişdir ki, ikiəsaslı reagentlərin komplekslərinin davamlılığı uyğun β-diketonatların davamlılığından çoxdur. Kvantkimyəvi hesablamaların nəticələrinə əsasən müəyyən edilmişdir ki, birəsaslı ragentlər metallarla kvaziaromatik tsiklə (molekulun β-diketon fraqmentində keto-azo forma ilə) malik kompleks birləşmələr əmələ gətirirlər. Birəsaslı reagentlərin metallarla kompleksəmələgətirmə reaksiyasının termodinamik xarakteristikaları öyrənilmiş və müəyyən edilmişdir ki, funksional qrupların mənfi induktiv effekti azaldıqca reaksiyanın istilik effektinin mütləq qiyməti artır (ekzotermik) və entropiya faktoru azalır. İkiəsaslı reagentlərin mislə (II) əmələ gətirdikləri rəngli kompleks birləşmələr spektrofotometrik metodla tədqiq edilmişdir, kompleks-əmələgəlmənin optimal şəraiti – pHopt; λopt; komplekslərin tərkibi, molyar udma əmsalı, davamlılıq sabiti; Ber qanununa tabeçilik intervalı təyin edilmişdir. Müəyyən edilmişdir ki, molekulun aromatik hissəsinə meta- vəziyyətdə daxil edilmiş funksional qrupların mənfi induktiv artdıqca -NO2>-SO3H>-CI komplekslərin davamlığı və molyar udma əmsalı artır, kompleksəmələgəlmənin optimal şəraiti 3 pH vahidi qədər turş mühitə doğru sürüşür, komplekslərin maksimum işıq udmasında gipsoxrom sürüşmə müşahidə olunur, yəni lgK=f(ε), lgK=f(λ), lgK=f(pH), lgK=f(pK), lgK=f(σ1) korrelyasiyaları mümkündür. Spektrofotometrik metodla reagentlərin tautomer formaların müxtəlif pH-da mol hissələrini hesablamaq üçün hesab edilmişdir ki, pH və həlledicilərin tautomer tarazlığa təsiri eynidir, yəni tautomer formaların mol hissələrini hesablamaq üçün çıxarılmış ifadələrdə həlledicilər müxtəlif pH-la əvəz edilmişdir. 3-(2-Hidroksifenilazo) pentadion-2, 4-ün müxtəlif pH-da mol hissələri təyin edilmiş və spektrofotometrik tədqiqatlara və kvantkimyəvi hesablanmaların nəticələrinə əsasən misin (II) bu reagentlə əmələ gətirdiyi kompleks birləşmənin ehtimal olunan quruluşu verilmişdir. Misin (II) 3-(2-hidroksi-3sulfo-5-nitrofenilazo) pentadion-2,4-lə əmələ gətirdiyi kompleks birləşmə alifatik və aromatik aminlər və kation səthi aktiv maddələr iştirakında tədqiq edilmiş, üçüncü komponentin seçilmə prinsipləri verilmişdir, yəni göstərilmişdir ki, liqand-liqand qarşılıqlı təsiri baş verən sistemlər üçün üçüncü komponenti seçərkən aşağıdakıları nəzərə almaq lazımdır: a) xelatəmələgətirici liqandın spektrində ikinci liqandın təsirindən baş verən gipsoxrom effekti; b) liqand-liqand assosiatlarının davamlığını; c) eyniliqandlı kompleksin ikinci liqandın iştirakı ilə geniş pH intervalında tədqiqini. Misin (II) kation səthi-aktiv maddələr iştirakında kompleksəmələgətirməsi zamanı ən kiçik kvadratlarmetodu ilə dərəcəli qrafiklərin tənlikləri verilmiş və onun əmsalları təyin edilmişdir. Göstərilmişdir ki, müxtəlifliqandlı komplekslərin davamlığı artdıqca onların molyar udma əmsalı, A=f(C) asılılığının bucaq əmsalı və ordinat oxundan ayrılan parçanın mütləq qiyməti artır. Misin (II) təbii (dağ süxurlarında, neft şlamında, çay suyunda (pərdələyici maddə əlavə etmədən),vulkanlaşmış süxurlarda) və sənaye (alüminium və sink (pərdələyici maddə əlavə etmədən) əsaslı ərintilərdə) obyektlərində təyini metodikaları işlənmiş və alınmış nəticələrin düzgünlüyü atom-absorbsion analiz metodu ilə alınmış nəticələrə əsasən təsdiq edilmişdir.

I. 2-Tenoiltriflüorasetonun azotörəmələrinin mis (II) ionu əmələ gətirdiyi kompleks birləşmələr müxtəlif fiziki-kimyəvi analiz metodları ilə tədqiq edilmiş və onun müxtəlif sənaye və təbii obyektlərdə təyini metodikası işlənmişdir.

II. Piroqallolun və xromatrop turşusunun azotörəmələrinin səthi-aktiv maddələr iştirakında alüminium (III), qallium (III) və indiumu (III) ionları ilə əmələ gətirfiyi kompleks birləşmələr müxtəlif fiziki-kimyəvi analiz metodları ilə tədqiq edilmiş və onların müxtəlif sənaye və təbii obyektlərdə təyini metodikası işlənmişdir.

III. Piroqallolun və xromatrop turşusunun azotörəmələrinin səthi-aktiv maddələr iştirakında nikel (II) ionu ilə əmələ gətirdiyi kompleks birləşmələr müxtəlif fiziki-kimyəvi analiz metodları ilə tədqiq edilmiş və onun müxtəlif sənaye və təbii obyektlərdə təyini metodikası işlənmişdir.

IV. Piroqallolun və xromatrop turşusunun azotörəmələrinin səthi-aktiv maddələr iştirakında nadir torpaq elementləri ilə əmələ gətirdiyi kompleks birləşmələr müxtəlif sənaye və təbii obyektlərdə təyini metodikası işlənmişdir.

V. Malein anhidriddi əsasında yeni sinif sorbentlər sintez edilmiş və uranil, sink və kadmium ionları ilə sorbsiya tarazlığı tədqiq edilmişdir.

VI. “Azərneftyağ” NEZ tərəfindən qəbul edilən suların analizi, “Azərneftyağ” NEZ-in mənbələrindən Xəzər dənizinə BBAH normalarına əsasən axıdılan təmizlənmiş istehsalat tullantı sularının tərkibində olan zərərli maddələrin kimyəvi analizlərinin aparılması “ Bakı Dövlət Universitetinin “Ekoloji kimya və ətraf mühitin mühafizəsi” elmi-tədqiqat laboratoriyası tərəfindən həyata keçirilməsinin yekunları əsasında aşağıda göstərilən iqtisadi və ekoloji cəhətdən əhəmiyyətli olan nəticələr alınmışdır:

1. 2004-cü ildə olduğu kimi, 2005-ci ilin oktyabr ayından 2006-ci ilin oktyabr ayına qədər aparılan elmi-tədqiqat işinin, ekoloji xidmət işi kimi də qiymətləndirilməsi əsaslıdır. Belə ki, hər ayda iki dəfə zavodun təmizləyici qurğularından dənizə buraxılan istehsalat sularının tərkibində qalan (olan) zərərli maddələrin təhlillərinin dəqiq nəticələrinə və həmçinin zavod tərəfindən aparılan təhlillərin nəticələrinin orta göstəricilərinə əsaslanaraq ödəniş hesabatlarının düzgün aparılmasına zəmanət vermişdir.
2. Aparılan təhlillərin nəticələrinə əsaslanaraq müəyyən olunmuşdur ki, zavodan dənizə buraxılan istehsalat sularının tərkibində qalan zərərli maddələrin təmizlənmə dərəcəsi (qatılıqları) zavodda qüvvədə olan BBAH normalarına uyğun olaraq həyata keçirilir.
3. Əvvəllər olduğu kimi aparılmış təhlillərin nəticələrinə əsasən zavod tərəfindən BBAH normalarında təmizlənərək dənizə axıdılan istehsalat sularının tərkibində qalan zərərli maddələr üçün Nazirlər Kabinetinin məlum qərarlarına əsasən tələb olunan ödənişlərin hesabatlarının aparılması əsaslandırılmışdır.
4. “Azərneftyağ” NEZ-in təmizləyici qurğularında (neft tutucusu ) sahələrində Buraxıla Bilən Axıntı Həddi (BBAH) normalarında təmizlənərək Xəzər dənizinə axıdılan istehsalat sularının tərkibində qalan zərərli maddələrin (BBAH normalarında nəzərdə tutulan zərərli maddələrin ) vəsfi və miqdarı analizlərinin (təhlillərinin) məlum qaydalarla və müasir cihazlarla həyata keçirilməsinin yeni üsulları işlənilmişdir.
5. Laboratoriya əməkdaşlarının elmi işləri bir sıra elmi jurnallarda və beynəlxalq konfranslarda nəşr edilmişdir:

1. R.A.Alieva, F.M.Chyragov, and K.T.Mahmudov. Dissociation Constants for Sulfoarylazo Derivatives of Acetylacetone and Stability Constants for Their Complexes//Russian Journal of Inorganic Chemistry – 2004, № 7. p. 1111
2. S.R.Gadjieva and K.T.Mahmudov. Determination of Dissociation Constants of Some Azoderivatives of Acetylacetone (2, 4-Pentanedione) and Stability Constants of Their Complexes//Russian Journal of Inorganic Chemistry – 2004, № 8. p. 1291
3. R.A.Alieva, F.M.Chyragov, and K.T.Mahmudov. Dissociation Constants of 2-Tenoyltrifluoroacetone Azo Derivative and Stability Constants of Its Complexes//Russian Journal of Inorganic Chemistry – 2004, № 9. p. 1458
4. R.A.Alieva, F.M.Chyragov, I.M.Babanly, K.T.Mahmudov, and M.B.Babanly. Thermodynamic Characterization of Metal Complexation with 3-(5-Sulfonaphthyl-azo) pentanedione-2,4 in Aqueous Solution//Russian Journal of Inorganic Chemistry – 2004, № 9. p. 1461
5. R.A.Alieva, F.M.Chyragov, K.T.Mahmudov, and M.B.Babanly. Thermodynamic Characterization of Complexation of Some Metals with 3-(4-Sulfophenylazo) pentadione-2,4 in Aqueous Solution//Russian Journal of Inorganic Chemistry – 2005, № 1. p. 131
6. R.A.Alieva, F.M.Chyragov, and K.T.Mahmudov. Azo Derivative of 2-Thenoyl-trifluoroacetone As a Reagent for the Photometric Determination of Copper (II)//Russian Journal of Analytical Chemistry – 2005, № 2. p. 137
7. R.A.Alieva, F.M.Chyragov and K.T.Mahmudov. Photometric Determination Copper (II) in petroleum//Russian Journal of Zavodskaya laboratory – 2004, № 9. p. 22
8. S.R.Gadjieva, K.T.Mahmudov and F.M.Chyragov. Investigation of Complex-formation of copper (II) with Azo Derivative of 2-Thenoyltrifluoroacetone//Russian Journal of Zavodskaya laboratory – 2005, № 9. p.14
9. S.R.Gadjieva, T.M.Mursalov, K.T.Mahmudov, and F.M.Chyragov. Quantum-Chemical Calculations of the Tautomeric Forms of 3-Phenylazopentane-2,4-Dione and the Thermodynamic Parameters of Complexation Between Its Isomers and Some Metals
in Aqueous Ethanol//Russian Journal of Coordination Chemistry – 2006, V 32, № 4, p 304
10. S.R.Gadjieva, T.M.Mursalov, K.T.Mahmudov, F.G.Pashaev, and F.M.Chyragov. Complexation of Copper (II) with 3-(2-Hydroxyphenylazo) pentadione-2,4//Journal of Analytical Chemistry, 2006, Vol. 61, No. 6, p. 550.
11. S.R.Gadjieva, K.T.Mahmudov and F.M.Chyragov. Study of Interaction in the System Copper (II)–3-(2-Hydroxy-3-Sulfo-5-Nitrophenylazo) pentadion-2,4–Cationic Surface-Active Substances//Journal of Analytical Chemistry, – 2006, Vol. 61, No. 7, p. 634.
12. S.R.Gadjieva, F.G.Pashaev, F.M.Chyragov, A.G.Gasanov, and K.T.Mahmudov. Thermodynamic Characteristics of Metal Complexation with 3-[4-Iodophenylazo]-2,4-pentanedione in an Aqueous Ethanol Solution//Russian Journal of Inorganic Chemistry, 2007, Vol. 52, No. 4, p. 640.
13. S.R.Gadjieva, F.M.Chyragov and K.T.Mahmudov. Azo Derivative of dimedone As a Reagent for the Photometric Determination of Copper (II)//Russian Journal of Zavodskaya laboratory. Т.73. № 6. p. 9.
14. S.R.Gadjieva, F.M.Chyragov and K.T.Mahmudov. Complexformation copper (II) with 3-(2-Hydroxy-3-Sulfo-5-Nitrophenylazo)pentadion-2,4 in present diphenylquanidine//Russian Journal of Zavodskaya laboratory – 2006. Т. 72. №12. p.18.
15. S.R.Gadjieva, F.M.Chyragov, and K.T.Mahmudov. Complexation of Copper (II) with Azo Derivatives of Benzoylacetone//Journal of Analytical Chemistry, 2007, Vol. 62, No. 11, p. 1028.
16. R.A.Alieva, S.R.Gadjieva, F.M.Chyragov, and K.T.Mahmudov. Azo Derivative of benzoylacetone as an analytical reagent in the photometric determination of copper (II)//XVIII Ulusal Kimya Kongresi. Turkey: Kars, 2004, p.100
17. S.R.Gadjieva, F.M.Chyragov and K.T.Mahmudov. Determination of mole fraction tautomeric form 3-(2-hydroxyphenylazo)pentadion-2,4 in organic solvents//Тез. Докл. III International conference «Extraction of organic compounds» EОС-2005, Voronej, 17-21th October 2005, p. 51
18. S.R.Gadjieva, F.G.Pashaev, F.M.Chyragov, A.G.Gasanov, and K.T.Mahmudov. The thermodynamic characteristic of complexformation of some metals with 3-[4-iodphenylazo] pentadion-2,4 in aqua-ethanol solution. //37th International Conference of Coordination Chemistry, 13 - 18th August 2006, Cape Town, South Africa, p.561.
19. S.R.Gadjieva, F.M.Chyragov and K.T.Mahmudov. Determination of dissociation constants of azoderivatives of β-diketones by the potentiometric titration method and determination of stability constants of their copper (II) complexes (International congress on analytical sciences) ICAS – 2006, 25-30 Juna 2006 Moscow, Russia, p.249.
20. S.R.Gadjieva, K.T.Mahmudov, G.Q.Velieva and F.M.Chyragov. Determination of mole fraction tautomeric form 1-etoxy-2-(2-hydroxy-5-nitrophenylazo) butadione-1,3 in organic solvents. // XVI International Conference on «Chemical thermodynamics in Russia» and X International Conference on the «Problems solvation and complexformation in solutions», 1-6 July 2007. Suzdal, p. 689.
21. S.R.Gadjieva, F.H.Pashaev, F.M.Chyragov, A.G.Hasanov and K.T.Mahmudov. The thermodynamic characteristic of complexformation of some metals with 3-(4-nitrophenylazo) pentandione-2, 4 in aqueous ethanol solution // The 41st IUPAC World Chemistry Congress Turin (Italy) – August 5-11, 2007, P. 741.

Laboratoriya Respublikamızda fəaliyyət göstərən elm və sənaye müəssisələri, həmçinin Moskva Dövlət Universiteti və Kazan Texnologiya Universiteti ilə sıx əməkdaşlıq edir.