Cümə axşamı, 28.03.2024, 13:07

Chemistry

Статистика

Saytdakı istifadəçilərin ümumi sayı: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Qeyri-üzvi materialşünaslıq

Qeyri-üzvi materialşünaslıq elmi-tədqiqat laboratoriyası Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1/5 10.03.88 saylı əmri ilə 1988-ci ildə təsis edilmişdir. Bu müddətdə laboratoriya müdirləri 1988-1992-ci illərdə kimya elmləri doktoru, prof. T.M.İlyaslı, 1992-1995-ci illərdə k.e.n., dos. A.V.Eynullayev,   1995-ci ildən  k.e.n., dos. M.R.Allazov olmuşlar.

Hal-hazırda ЕТL-nin tərkibi 17 nəfərdən ibarətdir. Onlardan üçü elmlər dokotru, altısı elmlər namizədidir. Üç nəfər elmlər doktoru laboratoriyada yarım ştat işləyir.

 

 

 

 

     

        Adı, soyadı

Elmi dərəcəsi, elmi vəzifəsi

Müdafiə etdiyi elm sahəsinin kodu

Vəzifəsi

1.

Mahmud Allazov

К.е.n., b.е.i.

02.00.01.

Lab. müdiri

2.

Babanlı Məhəmməd

К.е.d., prof.

02.00.01.

Baş elmi işçi

3.

Teymur İlyaslı

К.е.d., prof.

02.00.01.

Baş elmi işçi

4.

Fuad Sadıqov

К.е.d., prof.

02.00.01.

Аpаrıcı еlмi işçi

5.

Arif Eynullayev

К.е.n.

02.00.01.

Baş elmi işçi

6.

Zakir İsmayılov

К.е.n.

02.00.03.

Böyük elmi işçi

7.

Rəna Abbasova

К.е.n.

02.00.01.

Böyük elmi işçi

8.

Şahlar Şıxəlibəyli

К.е.n.

02.00.01.

Böyük elmi işçi

9.

Səba Məmmədova

К.е.n.

02.00.01.

Elmi işçi

10.

Yusif Şıxıyev

 

 

Kiçik elmi işçi

11.

Кəmalə Mustafayeva

 

 

Kiçik elmi işçi

12.

Rahilə Mirzəyeva

 

 

Böyük lab

13.

Səminə Sultanova

 

 

Böyük lab.

14.

Тəranə Qurbanova

 

 

Böyük lab

15.

Leyla Məşədiyeva

 

 

Kiçik elmi işçi

16.

Zivər Kərimova

 

 

Böyük lab.

17.

Səbinə Musayeva

 

 

Kiçik elmi işçi

 
Laboratoriya qeyri-üzvi materialşünaslıq üzrə elmi kadrların hazırlanması, elmi və praktiki cəhətdən əhəmiyyət kəsb edən fotohəssas, termoelement və maqnit xassəli yarımkeçirici materialların alınması və onların varlığını təsdiq edən elmi əsasların işlənməsi ilə məşğul olur.
Xüsusi təmizliyə malik olan yarımkeçiricilərin sintezi, başqa elementlərlə aşqarlanması, monokristalların yetişdirilməsi və onların kristallik, elektrofiziki, optiki və maqnit xassələrinin tədqiqi ilə məşğul olan laboratoriya əməkdaşları eyni zamanda yerli xammal,  sənaye tullantılarının emalının elmi əsasını öyrənir. Yerli xammal və  sənaye tullantılarının emalı ilə əlaqədar bu vaxta qədər aşağıdakı işlərə baxılmışdır:
1.    Sumqayıt şəhərində yerləşən Azərbaycan boru yayma zavodunun tullantısı olan okalinadan dəmir oksidi əsaslı piqmentin alınması;
2.    Azərbaycanda qurğuşun (akkumulyator) tullantılarının təkrar emalının səmərəli variantının işlənməsi;
3.    Xanlar-Gədəbəy zonasında yerləşən Fe2O3-lə zəngin olan süxurlardan dəmir oksidin ayrılması və ondan istifadə yolunun araşdırılması;
4.    Abşeron şoran göllərinin duz tərkibinin analizi və onlardan duzun çıxarılması texnologiyasının işlənməsi və bu zaman alternativ enerji mənbəyi olan günəş enerjisindən səmərəli istifadə üçün təklif edilən helioqurğuların parametrlərinin hesablanması və s.
Hazırda respublikada iri yataqları olan dolomit mineralından MgO-nun çıxarılmasının və bu zaman Sumqayıt şəhərində olan kaustik soda istehsalının turşu və qələvi təbiətli tullantılarından istifadənin mümkünlüyü üzərində tədqiqat işləri aparılır.

Laboratoriyanın tədqiqatlarının əsas istiqamətlərindən biri d- və f- elemetlərinin iştirakı ilə yeni yarımkeçirici birləşmələrin və bərk məhlulların alınması, onların fiziki-kimyəvi, elektrofiziki, optiki və maqnit xassələrinin öyrənilməsi, elm və texnikanın bugünkü və gələcək inkişafı ilə bağlıdır. Bu sahədə dünyanın bir çox aparıcı elmi təşkilatları intensiv tədqiqatlar aparır ki, bu da görülən işlərin aktuallığını göstərir.

Bundan başqa, respublikanın zəngin xammal ehtiyatların və sənaye tullantılarından səmərəli istifadə edilməsi üçün texnoloji variantların işlənməsi təklifi günün vacib məsələlərindəndir.

Laboratoriya əməkdaşlarının apardıqları tədqiqatların nəticələri 150-dən çox elmi məqalə, 10 patent şəklində dərc edilmişdir. Bundan əlavə, laboratoriya əməkdaşları 100-ə qədər respublika və beynəlxalq konfranslarda iştirak etmişlər. Laboratoriya “Fiziki-kimyəvi analiz və qeyri-üzvi materialşünaslıq” adı altında 10 respublika elmi konfransı keçirmişdir. Konfransların hər birində 10-dan çox məruzə ilə çxış etmişdir.    

Laboratoriya АМЕА-nın Fizika, Kimya Problemləri İnstitutu və Azərbaycan Texniki Universiteti ilə elmi əməkdaşlıq edir.

Laboratoriyada aşağıdakı əsas cihazlar vardır:
1. СНОЛ -1,6 tipli soba
2. КМ-65 tipli quruducu soba
3. VRТ-200 tipli analitik tərəzi
4. Yüksək temperaturlu termiki analiz cihazı (VТА-987)
5. Мikroskoplar  
6. Mirkrobərklik ölçən cihaz PMT-3
7. Forvakuum nasosu
8. Reakitvlər, kvars trubkalar

 Laboratoriyanın əməkdaşları qeyri-üzvi yarıkeçirici xalkogenidlərin sintezi, fiziki-kimyəvi analizi üzrə yüksək səviyyəli ixtisasçılardır və bu sahədə beynəlxalq elmi təşkilatlarla elmi və elmi-texniki əməkdaşlıq etmək iqtidarındadır. Laboraotriya əməkdaşlarının öyrəndikləri sistemlərin faza diaqramları müxtəlif sorğu kitablarında öz əksini tapmışdır .