çərşənbə axşamı, 23.04.2024, 17:00

Chemistry

Статистика

Saytdakı istifadəçilərin ümumi sayı: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Neft kimyası və təbiətdə onun çevrilməsi

Laboratoriyanın elmi istiqaməti: Neftin geokimyası
Problemi: Neftin genezisi

Laboratoriyanın elmi yaradıcılıq fəaliyyəti Cənubi Xəzər hövzəsinin (CXh) neft və kondensatlarının ayrı-ayrı quyular üzrə geokimyəvi xüsusiyyətlərini müəyyənləşdirmək, molekulyar səviyyədə yüksək informasiyalı (C4-C9), fərdi n-(C10-C30), yüksəkmolekullu və i-(C11-C23) izoprenad quruluşlu kimyəvi komponentlərin təyin və təhlil edilməsi ilə neftin genezisini öyrənmək, yataqların səmərəli işlənməsi barədə təkliflər vermək və kəşfiyyatda olan yataqların karbohidrogen keyfiyyətləri haqqında geokimyəvi proqnoz verməkdən ibarətdir. Bunlardan əlavə, laboratoriyada ilk dəfə Azərbaycanın bütün neft yataqlarının ayrı-ayrı istismar quyuları üzrə hər birindən 200-ə qədər fiziki-kimyəvi məlumatlar olan və kondensatlar barədə geokimyəvi bank materialı toplanmışdır.

Aparılan elmi-tədqiqat işlərinin nəticəsi kimi xeyli sayda toplanmış fiziki-kimyəvi analizlərin bank məlumatları əsasında “Azərbaycan neftlərinin geokimyəvi soraq” kitabını çap edilməsi məqsədə uyğun olardı.

Laboratoriyada tərtib edilmiş geokimyəvi proqnoz əsasında “Şah-Dəniz” antiklinalında qaz-kondensat yatağının mövcudluğu barədə ARDNŞ-nə qabaqcadan məlumat verilmiş, müsbət nəticəyə görə Universitetin rektoru, akad.A.M.Məhərrəmovun adına rəsmi məktub göndərilmiş və bu təklifə görə laboratoriyanın rəhbərinə müəlliflik şəhadətnaməsi verilmişdir.

Laboratoriyada yerinə yetirilən elmi işlərin nəticələri dəfələrlə respublika və beynəlxalq miqyaslı elmi konfranslarda məruzə edilib, konfrans toplularında dərc edilmişdir.

Laboratoriyanın məqsədyönlü elmi-tədqiqat işləri aparmaq üçün “Neftin kompleks geokimyəvi tədqiqat metodikası” işlənib hazırlanmışdır. Həmin metodika Moskva, Sankt-Peterburq, Kiyev, Kazan və digər Universitetlərin mütəxəssisləri tərəfindən bəyənilmişdir. Virciniya Universitetinin (ABŞ) professoru Ceym Terner və Mexiko Universitetinin kimya fakültəsinin direktoru Joze Mersed Esparza Lopes metodikanı yüksək qiymətləndirərək, müsbət rəy göndərmişlər.

Laboratoriyanın elmi-tədqiqat sahəsində əlaqələri onun yarandığı gündən başlanmışdır. Laboratoriya respublikanın elmi-tədqiqat institutları ilə bərabər, eyni zamanda Sankt-Peterburq Elmi-Tədqiqat Neft İnstitutu ilə əlaqə saxlayır.

Hazırda laboratoriya ilə Lomonosov adına Moskva Dövlət Universitetinin “Yanar süxurların geologiyası və geokimyası” kafedrası arasında elmi əməkdaşlıq müqaviləsi bağlanılmışdır.
Laboratoriyada yerinə yetirilən elmi işlərin nəticələrinə əsasən 100-dən artıq məqalə dərc edilmişdir.
Laboratoriyada aparılan elmi-tədqiqat işlərinin təhsillə əlaqəsini yaratmaq və bu sahədə yüksək səviyyəli elmi kadrların hazırlanması məqsədi ilə “Neft və neft məhsullarının ekspertizası və sertifikasiyası” ixtisası üzrə tədris planı işlənib hazırlanmışdır.

Laboratoriyanın tərkibi:
Laboratoriya rəhbəri – A.D.Kuliyev
Laboratoriya əməkdaşları:
böyük elmi işçi – 1
elmi işçi – 1
kiçik elmi işçi – 3

0,5 ştat vahidi:
aparıcı elmi işçi – 1
böyük elmi işçi – 2
mühəndis – 2