Cümə axşamı, 28.03.2024, 14:47

Chemistry

Статистика

Saytdakı istifadəçilərin ümumi sayı: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Metalkompleks ETL

Metalkompleks katalizatorları elmi-tədqiqat laboratoriyası 1989-cu ildə təşkil edilmişdir. Laboratoriya metal kompleksləri ilə modifikasiya olunmuş seolit və polimer daşıyıcıları əsasında effektiv katalizatorların sintezi və onların mühüm neft-kimya proseslərinə tətbiqi əsasında fəaliyyət göstərir. Hal-hazırda metalkompleks katalizaotları elmi-tədqiqat laboratoriyasına kimya elmləri doktoru, professor Məmmədov S.E. Rəhbərlik edir. Laboratoriyada 1 böyük elmi işçi, 2 elmi işçi, 2 mühəndis və baş laborant çalışır.
ETL-də fundamental və praktiki əhəmiyyətli işlər aparılır. Laboratoriyada yaradılmış katalizatorlar doymuş karbohidrogenləri aşağı temperaturlarda (100-200C) və atmosfer təzyiqində selektiv destruksiyaya uğradır. Sintez olunmuş katalizatorlar yeni nəsil katalizatorlara aiddir və karbohidrogenlərdə C-C və C-H rabitələrdə aşağı temperaturlarda aktivləşdirirlər. Alınmış nəticələr respublika və beynəlxalq miqyaslı konfranslarda simpoziumlarda məruzə edilmiş və “Science situation” indeksləşmə siyahısına aid olan jurnallarda (Appl. catal., J. catal., Кинетика и катализ, Нефтехимия, Нефтехимия и нефтепереработка) çap olunmuşdur.
Hal-hazırda laboratoriyada az enerji tutumlu və ekoloji təmiz proseslərin aparılması üçün effektiv katalizatorların sintezi istiqamətində elmi-tədqiqat işləri davam etdirilir.