Cümə, 19.04.2024, 12:38

Chemistry

Статистика

Saytdakı istifadəçilərin ümumi sayı: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Zərif üzvi sintez

«Zərif üzvi sintez» ETL 2000-ci ilin may ayında Təhsil Nazirliyinin müvafiq sərəncamına uyğun yaradılmışdır.
Laboratoriyaya AMEA-nın akademiki A.M.Məhrrəmov rəhbərlik edir.

Laboratoriyada 32 elmi əməkdaş çalışır. Onların 4 nəfəri elmlər doktorudur, 12 nəfəri isə kimya elmləri namizədidir.
«Zərif üzvi sintez» ETL-nin əsas istiqaməti müxtəlif funksionaləvəzli oksiranların, tiiranların sintez üsullarının işlənib hazırlanması, onların nukleofil və elektrofil reagentlərlə qarşılıqlı reaksiyasından bifunksional birləşmələrin sintezi və onların funksional (antimikrob, antioksidləşdirici və digər faydalı) xassələrin öyrənilməsindən ibarətdir. Tiiranların və oksiranların «dopinq şəraitində» litium perxloratın iştirakında dimerləşməsi aparılmış və müvafiq ditianların və dioksanların sintez üsulu işlənib hazırlanmışdır. Tərkibində metilenaktiv qrupsaxlayan birləşmələrlə 1,2-epoksi-3-xlorpropanın alkilləşməsi metilenaktiv birləşmələrin quruluşundan asılı olaraq tədqiq və müəyyənləşdirilmişdir ki, reaksiya həm O-, həm də C-alkilləşmə istiqamətində gedir. Sintez edilmiş oksiranların müxtəlif aminlərlə qarşılıqlı reaksiyasından 1,2-aminspirtlər sintez edilmişdir. 1,2-Aminspirtlərin müxtəlif aldehidlər ilə kondensləşməsindən müvafiq 1,3-oksazolidinlər sintez və xarakterizə edilmişdir. Aparılan tədqiqatlardan məlum olmuşdur ki, sintez edilmiş birləşmələrin bəziləri öz antimikrob xassələrinə görə hazırda tibdə geniş istifadə olunan preparatlardan (nitrofungin, karbol turşusu və s.) xeyli üstünlüyə malikdir.
«Zərif üzvi sintez» ETL bir sıra xarici ölkə alimləri ilə əməkdaşlıq edir:
1. ABŞ – Minnesota Universiteti – k.e.d., prof. V.V.Jdankin
2. Rusiya – Moskva Dövlət Universiteti «Üzvi kimya» kafedrası Rusiya EA-nın akademiki N.S.Zefirov, kimya elmləri doktoru, k.e.d., professor N.V.Zık. «Radiokimya» kafedrası k.e.d., professor V.M.Fedoseyev.
3. Rusiya – Moskva Zərif Kimya Texnologiyası Akademiyasının «Üzvi kimya» kafedrası k.e.d., professor A.D.Şutelov və k.e.d., professor Borisova E.N.
4. Rusiya – Moskva Zərif Kimya Texnologiyası Akademiyasının «Biotexnologiya» kafedrası, Rusiya Tibb Elmlər Akademiyasının akademiki, k.e.d., professor V.İ.Şveç.
5. Rusiya – Rusiya EA-nın Elementüzvi Birləşmələr İnstitutu «Fizioloji fəal flüorüzvi birləşmələrin sintezi» laboratoriyası k.e.d., professor N.D.Çkanikov.
6. Rusiya – Kazan Kimya Texnologiyası Universiteti, «Bioloji fəal maddələrin sintezi» laboratoriyası k.e.d., professor F.Hüseynov.
7. İran İslam Respublikası – Azad Tehran Universiteti, Üzvi kimya bölməsi M.N.Barmaki.
8. Türkiyə, Orta Doğu Texniki Universiteti, professor Metin Balçı.

«Zərif üzvi sintez» ETL-nin əməkdaşları:

1. Məhərrəmov Abel Məmmədəli oğlu - kimya elmləri doktoru,akademik,laboratoriya müdiri

2. Allahverdiyev Mirzə Ələkbər oğlu - k.e.d.prof., böyuk elmi işçi
3. Bünyadzadə İradə Aydın qızı - k.e.n., elmi işçi
4. Vəliyeva Gülgəz Xankərəm qızı - k.e.n., kiçik elmi işçi
5. Nağıyev Farid Nadir oğlu - baş lab.
6. Xəlilov Əli Nəriman oğlu - baş lab.
7. Həmzəyeva Sima Arif qızı - baş lab.
8. Qurbanova Məlahət Nüsrət qızı - k.e.n., dos., b.e.i.
9. İsmiyev Arif İdris oğlu - k.e.n., dos., b.e.i.
10. Abbasova Mahirə Allahverdi qızı - baş lab.
11. Ramazanova Rəna Eldar qızı - baş lab.
12. Məhərrəmov Məhərrəm Nəcəf oğlu - k.e.d.,prof., b.e.i.
13. İdris Əhmədov Məcid oğlu - k.e.d.,prof., b.e.i.
14. Nəzərov Şahkərəm İsmayıl oğlu - k.e.n., ap.e.i.
15. Əhmədov Əhməd İsmayıl oğlu - k.e.n., b.e.i.
16. Lütfəliyev Adil Həsən oğlu - k.e.n., ap.e.i.
17. Məhərrəmov Hamlet Xalid oğlu- k.e.n., b.e.i.
18. Nəsibov Şahin Sabir oğlu - k.e.n., b.e.i.
19. Əliyeva Sevil Qaçay qızı - k.e.n., b.e.i.
20. Hüseynova Afət Teymur qızı - k.e.n., b.e.i.
21. Nağıyeva İnarə Tofiq qızı k.e.n.,assist., e.i
22. Qarazadə Xatirə Ağacəlil qızı - k.e.i
23. Babayeva Yeganə Malik qızı - k.e.i
24. Miriyeva Samirə Ənvər qızı - k.e.i
25. Qafarova Lalə Yasin qızı - b/lab
26. Əliyev Aqil Xamməd oğlu - b/lab
27. Fətiyeva Sevinc Aqil qızı - b/lab.
28. Bayramova Zərnişan Eldar qızı - b/lab
29. Qurbanov Ataş Vahid oğlu - e.i.
30. Əsgərov Rizvan Kamil oğlu - e.i.
31. Əliyeva Xanım Qəhrəman qızı - prep.
32. Hüseynova Aytən Rafiq qızı - k.e.i., anal.məz.
33. Duruskari Gülnarə Şamil qızı - b/lab., anal.məz.