Cümə, 26.04.2024, 17:11

Chemistry

Статистика

Saytdakı istifadəçilərin ümumi sayı: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

MƏHƏMMƏD BABA OĞLU BABANLI

MƏHƏMMƏD BABA OĞLU BABANLI
Kimya elmlər doktoru, ÜQÜK kafedrasının professoru

Babanlı Məhəmməd Baba oğlu 1952-ci ildə Saatlı rayonun Əliabad kəndində müəllim ailəsində anadan olmuşdur. Orta məktəbi 1968-ci ildə Ağstafa şəhərində medalla bitirmiş və Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsinə daxil olmuşdur.
Həmin vaxtdan başlayaraq M.B.Babanlının təhsili, elmi və pedaqoji fəaliyyəti bütünlüklə Bakı Dövlət Universiteti ilə bağlıdır. 1973-cü ildə Universiteti fərqlənmə diplomu ilə bitirmiş, aspiranturada saxlanmışdır. 1974-1976-cı illərdə aspiranturada professor Əlihüseyn Quliyevin rəhbərliyi altında yarımkesiricilər kimyası sahəsində namizədlik dissertasiyası yerinə yetirmiş və 1977-ci ildə Belarusiya Dövlət Universitetinin Itisaslaşdırılmış Şurasında müdafiə etmişdir.
1977-ci ildə kiçik elmi işçi, 1979-cu ildən böyük elmi işçi vəzifələrində çalışmış, 1983-cü ildə müəllim, 1986-cı ildə isə dosent vəzifəsinə seçilmişdir.
1986-1991-ci illərdə kimya fakültəsinin elmi işrə üzrə dekan müavini vəzifəsində işləmişdir.
1988-ci ildə Moskva Dövlət Universitetinin Ixtisaslaşdırılmış Şurasında 02.00.01- qeyri-üzvi kimya ixtisası üzrə doktorluq dissertasiyası müdafiə etmişdir.
1989-cu ildə professor vəzifəsinə seçilmiş, 1990-cı ildə isə ayında professor elmi adı almışdır.
1992-1994-cü illərdə Bakı Dövlət Universitetinin axşam və qiyabi təhsil üzrə prorektoru vəzifəsində çalışmışdır.
1994-2005-ci illərdə BDU-nun Ümumi və Qeyri-üzvi kimya kafedrasının müdiri vəzifəsində işləmişdir, hazırda həmin kafedranın professoru və Qeyri-üzvi materialşünaslıq ETL-in elmi rəhbəridir.
1993-2000-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Kimya üzrə Ekspert Şurasının sədr müavini, 1997-2000-ci illərdə həmin Şuranın sədri olmuşdur.
2001-ci ildə "Faza diaqramları üzrə Beynəlxalq Komissiya" cəmiyyətinin üzvü və Cənubi Qafqaz üzrə koordinatoru seçilmişdir.
1995-ci ildən başlayaraq hər il ÜQÜK kafedrasında "Fiziki-kimyəvi analiz və qeyri-üzvi materialşünaslıq" Respublka elmi konfransı keçirilir, onun redaktorluğu ilə konfransın materialları çap edilir.
ABŞ-ın Amerika Biblioqrafiya Institutu tərəfindən 2000-ci ilin Adamı adına layiq görülmüşdür.
2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Tərəqqi" medalı ilə təltif edilmişəm.
480-dən artıq elmi əsərin, o cümlədən 2 monoqrafiyanın, 9 dərslik və dərs vəsaitinin müəllifidir.
Rəhbərliyim altında 1 doktorluq, 21 namizədlik, 12 magistr, 80-dən artıq diplom işi yerinə yetirilmiş və müvəffəqiyyətlə müdafiə edilmişdir.