Друзья сайта
|
İLYASOV TEYMUR MƏMMƏD OĞLUİLYASOV TEYMUR MƏMMƏD OĞLUKimya elmlər doktoru, ÜQÜK kafedrasının professoru Ilyasov Teymur Məmməd oğlu 1948-ci il oktyabr ayının 10-da Gürcüstan respublikasının Borçalı mahalının (Morneuli rayonunun) Kürdlər kəndində fəhlə ailəsində doğulmuşdur. Orta təhsili - Gürcüstan respublikasının Baydar kənd orta məktəbini 1966-ci ildə bitirmişdir. Kimyaçı sənətinə həvəs kimyəvi prossesləri dərindən öyrənmək olmuşdur. Nəsildə bu sənəti seçən olmamışdır. Ali məktəbə daxil olana qədər əmək fəaliyyətim olmamış yalnız tətil günlərində koxozda işləmişəm. 1966-ci ildə Azərbaycan Dövlət Pedaqoji Institutuna qəbul olmuşam və 3-cü kursdan elmi-tədqiqat işləri ilə məşğul olmuşam. Ali məktəbi 1970-ci ildə bitirmişəm və təyinatla Azərbaycan respublikasının Dəvəçi rayonunda kimya müəllimi işləmişəm.Bir tədris ili işlədikdən sonra 1971-ci ildə Ordu sıralarına çağırılmışam . 1972-ci ildə Ordu sıralarından tərxis olunduqdan sonra Azərbaycan Elmlər Akadmiyasının Qeyri-üzvi və Fiziki kimya institutuna baş labarant vəzifəsinə işə götürülmüşəm. 1974-ci ildə həmin Institutun istehsalatdan ayrılmamaqla aspiranturasına daxil olmuşam. Seçdiyim mövzu «Arsen və qalliyum xalkogenidlərinin qarşılıqlı təsiri» olmuşdur. Elmi rəhbərim k.e.d. prof. P.H.Rüstəmov olmuşdur. 1979-ci ildə Bakı şəhərində həmin Institutda müdafiə etmişəm. Dissertasiya işində məqsəd Arsen xalkogenidləri əsasında yeni fotohəssas şüşəvari yarımkeçirici materiallarının alınması olmuşdur. Müdafiədən sonra həmin institutda kiçik elmi işçi vəzifəsində çalışmışam.1982-ci ildən Bakı Dövlət Universitetində tədris laboratoriyasının müdiri, 1988-ci ildən 1992-ci ilədək «Qeyri-üzvi materialşünaslıq» elmi tədqiqat laboratoriyasının müdiri vəzifəsində çalışmışam. 1992-ci ilin mart ayında doktorluq dissertasiyasını müdafiə etmişəm. Dissertasiya mövzusu: «Arsen xalkoqenidləri əsasında yeni şüşəvari və kristallik materialların sintezinin nəzəri əsaslarının işlənməsi» olmuşdur. Ilk dəfə olaraq LnAs4X7, LnAs2X4, Ln3As4X9, LnAsX3 tipli yeni sinif birləşmələr sintez edilmişdir. Onların monokristalları alınmış quruluş tipli birləşmələrin əmələ gəlməsinin kristallokimyəvi mexanizmi verilmişdir. Müəyyən edilmişdir ki, birləşmələr stibintə oxşar quruluşda kristallaşırlar işdə şüşəəmələgəlmə sahəsi ilə hal diaqramları arasında qarşılıqlı əlaqə müəyyənləşdirilmişdir. Atom və molekulların koordinasiyasının şüşə əmələgəlmədə rolu müəyyənləşdirilmişdir. As2Se3 əsasında alınmış şüşələr foto həssas materiallar kimi «vidikon» tipli verici televiziyı borularında işlədilir. 170-dən çox elmi əsərim vardır. Əsərlərim əsasən Moskvada çıxan «Qeyri-üzvi kimya», «Qeyri-üzvi materiallar» jurnallarında, Azərbaycan kimya jurnalında, Bakı Dövlət Universitetinin xəbərləri məcmuəsində, Amerikada çıxan filips jurnalında çap edilmişdir. «Fiziki kimyəvi analizdən təcrübi məşğələlər» 1993, a/b dilində. «Opisanie zadaç po speüpraktikumu ximiə poluprovodnikov» 1994, rus dilində. «Kimyadan testlər» 1994, rus və azərbaycan dillərində. «Fiziki kimyəvi analizdən praktikum»1999, azərbaycan dilində. 8-müəlliflik şəhadətnaməsi və bir patent almışam. Müəlliflik şəhadətnamələri əsasən fotohəssas, termoelektrik və optiki materialların alınmasına aiddir. Intermetallik birləşmələrə həsr olunmuş II Ümumittifaq konfransında (Lvov 1974) materialların keyfiyyətinə həsr olunmuş VIII-X texniki konfransında (Nalçik 1976-1978), Fiziki kimyəvi analiz üzrə V Ümumittifaq konfrans (Moskva 1976), Xalkoqenidlərə həsr edilmiş V Ümumittifaq konfrans (Bakı, 1979), XII Mendeleyev qurultayı (Bakı 1981) nazirtorpaq elementlərin kimya və texnologiyasına həsr edilmiş Ümumittifaq konfrans (Frunze 1982), Şüşə istehsalında elmi-texniki tərəqqi II Ümumittifaq konfrans (Moskva 1983), Optoelektronika üçün materiallar Ümumittifaq konfrans (Uçiqorod 1980), Nadirtorpaq yarımkeçiricilərinin fizikası və kimyasına həsr edilmiş III Ümumittifaq konfrans ( Tiflis 1982), Amorf yarımkeçiricilər-84 Beynəlxalq konfrans (Qabrova-Bolqariya 1985), Beynəlxalq konfrans JRCE-85 (Sürix-Isveçrə 1986) Xalkogenlər və Xalkogenidlər kimyası 3 Ümumittifaq konfrans (Karakanda 1986), Bərk cisimlər kimyası Beynəlxalq simpozium (Karlovı-Varı, ÇSSR 1986), Şüşələrin optiki və spektral xassələri Ümuittifaq konfrans (Riqa 1986), Qeyri kristalik yarımkeçiricilər-86 Beynəlxalq konfrans (Balaton VNR 1986), Fiziki kimyəvi analiz üzrə VI, VII Ümumittifaq konfrans ( Kiyev 1983, Frunze 1988), Bərk cisimlər kimyası beynəlxalq simpozium (Pardubise-Çexoslavakiya 1989), NTM fizika və kimyası Yapon-Sovet simpoziumu (Düşənbə 1989), Nadir torpaq yarımkeçiricilərinə həsr edilmiş V Ümumittifaq konfrans (Saratov1990), Üçlü və çox komponentli birləşmələrə həsr edilmiş Beynəlxalq konfrans (Kişinyov 1990), Nadirtorpaq metallarına həsr edilmiş VI Beynəlxalq Sovet–alimi Seminarı və çoxlu sayda respublika Konfranslarında 1997-dən Isveçrə Texniki elmlər Akademiyasının ŞATN-Branko Veyss Fondunun ekspertiyəm. Ikimininci ilin adamı diplomu və medalına layiq görülmüşəm. Üç elmlər namizədi rəhbərliyim altında müdafiə etmişdir. Hazırda kimya fakültəsinin dekan müavini vəzifəsində çalışıram, kimya fakültəsinin Elmi şurasının üzvi, BDU-nun nəzdində DO54 03.03 ixtisaslaşmış müdafiə şurasının üzviyəm. Poeziya və aşıq sənətinin vurğunuyam, riyazi modelləşmə ilə maraqlanıram. Heç bir partiyanın üzvi deyiləm. Bakı Dövlət Universitetinin Ümimi və Qeyri-üzvi kimya kafedrasının professoruyam. |