Cümə, 26.04.2024, 10:06

Chemistry

Статистика

Saytdakı istifadəçilərin ümumi sayı: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

FUAD MIKAYIL OĞLU SADIQOV

FUAD MIKAYIL OĞLU SADIQOV
Kimya Fakültəsi Həmkarlar Təşkilatı

Kimya fakültəsi Həmkarlar təşkilatı fakültə yaradılan dövrdən fəaliyyət göstərir.
Kimya elmləri doktoru, professor Fuad Mikayıl oğlu Sadıqov 1994-cü ildən təşkilata başçılıq edir. Sadıqov F.M. 10 aprel 1950 –ci ildə Naxçıvan M.R.-da anadan olub, 1966-cı ildə orta məktəbi, 1973-cü ildə isə BDU-nun kimya fakültəsini bitirmişdir.
1981-ci ildə elmlər namizədi, 1993-cü ildə elmlər doktoru elmi dərəcələrini, 2005-ci ildə isə professor elmi adını almışdır.
Elmi istiqaməti qeyri-üzvi kimya sahəsində mürəkkəb tərkibli xalkogenidli yarımkeçirici maddələrin alınması ilə bağlıdır. 200-dən çox elmi əsərin müəllifidir.
Fakültə həmkarlar təşkilatının 200 nəfərdən çox üzvü var. Fvakültə HT-nın bürosu 11 nəfərdən ibarətdir. Büro aşağıdakı bölmələr üzrə fəaliyyət göstərir: elm və təhsil, əmək intizamı və sosial vəziyyət, mədəni kütləvi işlər və idman sahəsində.
Fakültə həmkarları təşkilatı öz işini gününün tələbləri səviyyəsində qururmuş Universitet və fakültənin tadbirlərdə yaxından iştirak edir.
Həmkarlar təşkilatı dekanlıqla birgə fakültədə fəaliyyət göstərən alimlərin və işçilərin yubileylərini təşkil edir, onların yay tətilində iştirahətləri üçün göndərişlərin alınmasında köməklik göstərir. Fakültədə bayram günləri ilə bağlı mədəni-kültəvi tədbirlər keçirir. "20 Yanvar ", "Xocalı" və 31 mart soyğürımları ilə bağlı tədbirlər keçirir. Şəhidlər xiyabanına gedərək, onların məzarları üzərinə çiçəklər düzür. Respublikamızın tarixi yerlərinə gəzintilər təşkil edir.
Fakültədə nizam-intizamın yaradılmasında tələbələrdə müntəzəm surətdə təbliğat işi apırır. Universitet AHTIK ilə birgə ulu öndərimiz Ümumimilli liderimiz Heydər Əliyevin anadan olmasının 85 illik yubileyi və BDU-nun 90-illik yubileyi münasibəti ilə tədbirlər planının hazırlanmasında yaxındlan iştirak edir.