Şənbə, 20.04.2024, 03:46

Chemistry

Статистика

Saytdakı istifadəçilərin ümumi sayı: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

KƏRIMOVA BƏSIRƏ HIDAYƏT QIZI

KƏRIMOVA BƏSIRƏ HIDAYƏT QIZI
ÜQÜK kafedrasının dosenti

Kərimova Bəsirə Hidayət qızı 11 noyabr 1934-cü ildə Xudat rayonunun Maxsud kəndində anadan olmuşdur.
1941-ci ildə Maxsud kəndində yeddiillik orta məktəbin birinci sinfinə getmiş və 1948-ci ildə həmin məktəbin yeddinci sinfini bitirib, Quba pedaqoji məktəbinə daxil olmuşdur.
1952-ci ildə həmin məktəbi bitirib Azərbaycan Dövlət Universite- tinin kimya fakültəsinə daxil olmuşdur. 1957-ci ildə həmin fakültəni bitirib sentyabrın 8-dən Qeyri-üzvi kimya kafedrasında laborant vəzifəsində işləmişdir. 1960-cı ildə aspiranturaya daxil olmuş, 1967-ci ildə «Vanadium və dəmirin naften turşuları ilə ekstraksiya prosesinin tədqiqi» mövzusunda dissertasiya işini müdafiə etmişdir.
1963-cü ildən 1969-cu ilə kimi Qeyri-üzvi kimya kafedrasında assisent, 1969-cu ildən 1970-ci ilə kimi baş müəllim, 1970-ci ildən həmin kafedrada dosent vəzifəsində çalışır.
Bu illər ərzində 75 əsərin müəllifidir. Hal-hazırda «Izotermiki üsulla K, Zn, Co, Ni, Mn uçlü sistemlərin mikroelementlərlə zənginləşmiş gübrələrinin alınması və tədqiqi» mövzusunda elmi iş üzərində çalışır.