Cümə, 26.04.2024, 00:33

Chemistry

Статистика

Saytdakı istifadəçilərin ümumi sayı: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

NƏCƏFOVA TAMILLA ƏLIƏSGƏR QIZI

NƏCƏFOVA TAMILLA ƏLIƏSGƏR QIZI
ÜQÜK kafedrasının dosenti

1931-ci il fevralın 10-da Şəkidə qulluqçu ailəsində anadan olmuşdur. Orta məktəbə Bakıda daxil olub, oranı qurtardıqdan sonra 1949-cu ildə indiki AQU daxil olub ərzaçılıq fakültəsini bitirmişdir.
1954-cü ildən 1959-cu ilədək BAI-də analitik işləmişdir.
1959-cu ildən etibarən Bakı Dövlət Universitetinin əvvəl «Fiziki kimya» kafedrasında laborant sonra 1960-cı ildən «Qeyri üzvi kimya» kafedrasına keçib orada əvvəl laborant, sonra baş laborant işləmişdir.
1961-ci ilin sentyabrından kafedranın assisenti vəziəsinə keçirilmişdir.
1971-ci ildə kafedranın qiyabi aspirantı, 1973-cü ildə baş müəllim vəzifəsinə keçmişdir.
1976-cı ildə «Azərbaycanın (Kiçik Qafqaz) bəzi qranitoid massivlərində bor, alüminum, qallium, indium və talliumun yayılması» mövzusunda müdafiə etmişdir.
1986-cı ildən dosent işləyir. Bu müddət ərzində 69 elmi əsərləri çap olunub.
Hazırda «Izotermik üsulla K, Zn, Co, Ni, Mn üçlü sistemlərin mikroelementlərlə zənginləşmiş gübrələrin alınması və tətbiqi» mövzusunda elmi iş aparır.