Çərşənbə, 24.04.2024, 14:47

Chemistry

Статистика

Saytdakı istifadəçilərin ümumi sayı: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

MƏMMƏDOV SABIT EYYUB OĞLU

MƏMMƏDOV SABIT EYYUB OĞLU
Neft kimyası və kimya texnologiyası kafedrasının professoru

Məmmədov Sabit Eyyub oğlu 1951-ci il oktyabrın 28-də Azərbaycan Respublikasının Qazax şəhərində anadan olmuşdur. O, 1968-ci ildə Qazax şəhər 3 saylı orta məktəbini bitirmiş və həmin ildə Bakı Dövlət Universitetinin (BDU) kimya fakültəsinə daxil olmuşdur. 1973-cü ildə universiteti bitirmiş və təyinatla Zaqatala şəhərində müəllim işləmişdir. 1975-ci ildə Azərbaycan Elmlər Akademiyasının Neft Kimya Prosesləri insitititunun əyani aspiranturasına daxil olmuşdur. 1978-ci ildə aspiranturanı bitirmiş və 1981-ci ilə qədər həmən insititutda kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1981-ci ildən «Bimetal seolit katalaizatorların sintezi və onların n-pentan və n-heksanın izomerləşmə reaksiyalarında tədqiqi» mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və «Kimyəvi kinetika və kataliz» ixtisası üzrə kimya elmləri namizədi elmi dərəcəsi almışdır. 1981-1990-cı illərdə BDU-nun Elmi tədqiqat sektorunda baş elmi işçi və aparıcı elmi işçi vəzifəsində işləmişdir. 1991-ci ilədən 2001-ci ilədək BDU-nun «Neft kimyası və kimya texnologiyası» kafedrasında baş müəllim vəzifəsində işləmiş, 2001-ci ildən isə professor vəzifəsində işləyir.
1998-ci ildə S.E.Məmmədov «Bi və polimetal seolit katalizatorlarının sintezi, xassələri və karbohidrogenlərin çevrilməsində tədqiqi» mövzusunda «Kimyəvi kinetika və kataliz» və «Neft kimyası» ixtisasları üzrə kimya elmləri doktoru alimlik dərəcəsi almışdır.
2003-cü ildə «Neft kimyası» ixtisası üzrə professor adını almışdır. 2005-ci ildən BDU-nun kimya fakültəsinin nəzdində «Metalkompleks katalizatorları» elmi tədqiqat laborotoriyasının müdiri vəzifəsində işləyir. Fakültə Metodik Şurasının və BDU-nun ixtisaslaşmış Elmi Dissertasiya Şurasının üzvüdür.
S.E.Məmmədovun elmi-tədqiqatlarının əsas elmi istiqaməti neft-kimyası və neft emalı prosesləri üçün polifunksional metalseolit katalizatorlarının sintezinin elmi əsaslarına, onların fiziki-kimyəvi xassələrinin xüsusiyyətlərinə həsr olunmuşdur.
Professor S.E.Məmmədov seolit katalizatorları sahəsində geniş elmi tədqiqat işləri aparır və bunun nəticəsində sənaye əhəmiyyətli proseslər (C5-C7 parafin və C8 aromatik karbohidrogenlərin izomerləşməsi, aromatik karbohidrogenlərin disproporsionlaşması və alkilləşməsi, deparafinləşmə və aşağı temperaturda piroliz) üçün yeni tip yüksək seçiciliyə malik katalizatorlar işləmiş və onların sənayedə tətbiqi tövsiyyə olunmuşdur.
S.E.Məmmədovun elmi tədqiqatları Beynəlxalq və Respublika səviyyəli konfranslarda, simpoziumlarda və konqreslərdə dinlənmişdir. O, katalizatorların və monomelərin hazırlanma və alınma üsullarına aid 1 patent və 6 müəlliflik şəhadətnaməsi almış, 130-dan çox elmi əsəri çap olunmuşudur. 2 monoqrafiyanın «ZSM ailəsinə mənsub olan yüksəksilisiumlu seolitlərin xassələrini və neft emalı proseslərində tətbiqi» və «Seolit katalizatorları neft kimyasında» müəllifidir.
S.E.Məmmədovun rəhbərliyi ilə 1 elmlər doktoru, 3 elmlər namizədi və 11 magistr hazırlanmışdır.