Cümə axşamı, 25.04.2024, 00:30

Chemistry

Статистика

Saytdakı istifadəçilərin ümumi sayı: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

HÜSEYNOV QASIM ZÜLFƏLI OĞLU

HÜSEYNOV QASIM ZÜLFƏLI OĞLU
Neft kimyası və kimya texnologiyası kafedrasının professoru

Qasım Zülfəli oğlu Hüseynov 1940-cı il may ayının 25-də Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonunun Güney qışlaq kəndində anadan olub. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsini bitirib. 1963-1966-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyası Neft Kimya Prosesləri Iinstitutunun aspiranturasında oxumuşdur. 1966-1977-ci illərdə Azərbaycan MEA Aşqarlar Kimyası Institutunda kiçik elmi işçi, baş mühəndis, laboratoriya müdirinin müavini və baş elmi işçi vəzifələrində işləmişdir. 1977-ci ildən pedoqoji işə keçərək, akademik Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedoqoj Institutunda (indiki NDU) müəllim, dosent və 1984-cü ildən kafedra müdiri vəzifələrində işləmişdir. 1989-1996-cı illərdə Y.Məmmədəliyev adına NDU-nun rektoru vəzifəsində çalışmışdır.
Q.Z.Hüseynov rektor işlədiyi dövrdə pedoqoji institut Naxçıvan Dövlət Universitetinə çevrilmiş, ona ikinci kateqoriyalı ali məktəb statusu verilmiş, müstəqil iqtisad fakültəsi, beynəlxal əlaqələr və aspirantura şöbələri yaradılmış, yeni kafedralar və ixtisaslar açılmış universitetin «Fikir» qəzeti nəşrə başlamışdır.
Q.Z.Hüseynov 1996-cı ildən BDU-nun «Neft kimyası və kimya texnologiyası» kafedrasının professoru, 10.11.2007-ci il tarixdən BDU nəzdindəki «Gənc istedadlar» litseyinin direktoru vəsifəsində işləyir. O, 1968-ci ildə namizədlik, 1991-cı ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir; 1991-ci ildə professor elmi adına layiq görülmüşdür.
Q.Z.Hüseynovun elmi-tədqiqat işləri sürtkü yağlarının, yanacaqların keyfiyyətini yaxşılaşdıran aşqarların, metalları kolrroziyadan qoruyan inhibitorların və analitik reagentlərin sintezinə və tədqiqinə həsr olunmuşdur.
O, dizel mühərriklərinin işlənmiş qazlarının tüstülüyünü azaldan, keçmiş SSRI-də ilk dəfə alınan və tətbiqinə dair 1977-ci ildə SSRI Dövlət Standartlaşdırma Komitəsi tərəfindən qərar verilən IXP-706 aşqarının müəllifidir.
Q.Z.Hüseynovun «Kobaltın fotometrik üsulla təyini» barədəki ixtirası 1986-cı ildən Xarkov şəhərindəki zavodda tətbiq olunur.
Q.Z.Hüseynov tərəfindən dizel mühərriklərinin işlənmiş qazlarının tüstülüyünü azaldan və sürtkü yağlarının korroziyaya qarşı davamlılığını xeyli artıran səmərəli aşqarların sintezi üçün elmi prinsiplər müəyyənləşdirilmiş, yeni perspektiv istiqamət göstərmişdir. Aşqarların quruluşu ilə onların effektivliyi arasındakı asılılığı göstərən ümumi qanunauyğunluqlar müəyyənləşdirilmişdir.
Yuxarıda göstərilən elmi-tədqiqat işlərinin nəticələri 160-dan çox elmi əsərdə, o cümlədən 15 müəlliflik şəhadətnaməsində öz əksini tapmışdır. Q.Z.Hüseynov bir dərsliyin və dövlət Universitetləri üçün hazırlanmış 6 fənn proqramının müəllifidir. Onun rəhbərliyi və yaxından iştirakı sayəsində 7 nəfər namizədlik, 10 nəfər magistr dissertasiyası üdafiə etmişdir.
Q.Z.Hüseynovun elmi və pedoqoji fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, «Şərəf nişanı» ordeni ilə, D.I.Mendeleyev adına Ümumiittifaq Kimya Cəmiyyətinin Fəxri Fərmanı və həmin cəmiyyətin Azərbaycan filialının diplomu ilə tərtif olunmuşdur.
Q.Z.Hüseynov Azərbaycan MEA akademik Y.H.Məmmədəliyev adına Neft Kimya Prosesləri Institutu nəzdində Birləşmiş müdafiə Şurasının üzvüdür.