Cümə axşamı, 28.03.2024, 21:49

Chemistry

Статистика

Saytdakı istifadəçilərin ümumi sayı: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

ZEYNALOV NATIQ YUSIF OĞLU

ZEYNALOV NATIQ YUSIF OĞLU
Neft kimyası və kimya texnologiyası kafedrası, k.e.n.

07 noyabr 1963-cü ildə Qazax rayonunun Samanlıq kəndində anadan olub. 1986-ci ildə ADU-nun kimya fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1986-90-cı illərdə ÜIET olefinlər Insitutunun aspiranturasında təhsilini davam etdirib. 1990-cı ildə «n-Buten oliqomerlərinin sintezi və onların bəzi tətbiq sahələri» mövzusunda Neft kimya (02.00.13) ixtisası üzrə namizədlik dissertasiyası müdafiə etmişdir.
1991-ci ildən BDU-nun «Neft kimyası və kimya texnologiyası» ka¬fed¬rasında dosent əvəzi vəzifəsində çalışır. 40-dan çox elmi əsərin müəllifidir.
Elmi istiqaməti-katalitik krekinq qazlarının kompleks istifadə texnologiyasının işlənməsi, onun tərəfindən katalitik krekinq qazlarının C4 fraksiyası əsasında yüksək keyfiyyətli hidravlik mayelər, kabel yağları və müxtəlif aşqarlar üçün sintetik əvəzedicilərin sintezi.
Hal-hazırda prosesin sənayedə reallaşdırılması üzrə tədqiqat işləri davam etdirilir. Bundan əlavə C4 fraksiyası əsasında yüksək oktan ədədli komponent olan etil-üçlü-butil efirinin (ETBE) sintezi, etanolun yeni istehsal texnologiyası və neftkimyəvi sintez sahəsində yeni katalitik sistemlərin işlənməsi sahəsində aparılan tədqiqat işləri öz müsbət nəticələrini verib və bu sahədə sənaye əhəmiyyətli tədqiqat işləri H.Əliyev adına UBNA zavodu ilə əlaqəli şəkildə davam etdirilir.