Cümə axşamı, 28.03.2024, 19:05

Chemistry

Статистика

Saytdakı istifadəçilərin ümumi sayı: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

ƏHMƏDOVA ROZA AĞALAR QIZI

ƏHMƏDOVA ROZA AĞALAR QIZI
Neft kimyası və kimya texnologiyası kafedrası, k.e.n. dosent

1937-ci ilin may ayında Bakı şəhərində anadan olub. 1954-cü ildə ADU-nun kimya fakültəsinə daxil olub və 1959-cu ildə onu fərqlənmə diplomu ilə bitirdikdən sonra «Neft kimyası» kafedrasında laborant vəzifəsində işləməyə başlayıb. Kafedranın dissertantı kimi 1965-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. Sonrakı illərdə baş laborant, assistent, baş müəllim vəzifələrindən keçərək, 1969-cu ildən dosent vəzifəsində işləyir. Bu müddətdə «Neft kimyası və neft kimyəvi sintez» fənnindən, ixtisas kurslarından rus və azərbaycan dillərində dərs demişdir. 100-dən artıq tələbənin diplom işinə rəhbərlik edib. 1990-ci ildə veytnamlı Nquen Kuok Xuynunun namizədlik dissertasiyasının rəhbəri olub.
Onun elmi maraq sahəsi-politsiklik aromatik karbohidrogenlər və onların tətbiqidir. Naftalin və onun törəmələri əsasında bir çox praktiki əhəmiyyətli maddələr sintez edilmişdir. Bunlardan sintetik sürtkü yağlarını, reaktiv yanacaqlar komponentlərini, yağlara və yanacaqlara antioksidləşdirici aşqarları, kauçukların alınmasında işlənilən emulqatorları və s. göstərmək olar. Bu sahədə 12 patent alınmış, 70-ə qədər məqalə və tezis çap olunmuşdur. R.Əhmədova uzun müddət kimya fakültəsi şurasının elmi katibi, kimya fakültəsi elmi əsərlər toplusunun məsul katibi olmuşdur. O, həmişə işinə məsuliyyətlə yanaşır, tələbələrin və kollektivin hörmətini qazanmışdır.