Cümə axşamı, 25.04.2024, 17:54

Chemistry

Статистика

Saytdakı istifadəçilərin ümumi sayı: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

ƏLIYEVA FIZZƏ CƏBRAYIL QIZI

ƏLIYEVA FIZZƏ CƏBRAYIL QIZI
Neft kimyası və kimya texnologiyası kafedrası, k.e.n.

Əliyeva Fizzə Cəbrayıl qızı 1946-cı il avqust ayında Dağıstanın Xasayurt şəhərində anadan olub. 1969-cu ildə Azərbaycan Neft və Kimya Institutunun kimya tex¬no¬logiya fakültəsini bitirib. 1970-ci ildə Virusologiya, mikrobiologiya və Gigiyena institutunda kiçik elmi işçi vəsifəsində işləyib. 1972-ci ildən 1990-cı ilədək AMEA-nın Aşqarlar Kimyası institutunda mühəndis, kiçik elmi işçi, elmi işçi və¬zi¬fələrində çalışıb.
1984-cü ildə neft kimyası üzrə namizədlik dissertasiyası müdafiə etmişdir.
1990-cı ildən Bakı Dövlət Universitetinin «Neft kimyası və kimya texnologiyası» kafedrasında baş müəllim və 1996-cı ildən isə dosent və¬zi¬fə¬sində işləyir. «Neft kimyası», «Kimya texnologiyası», «Neftin heteroatomlu birləşmələri» fənnlərini tədris edir. 50-yə yaxın elmi əsərin müəllifidir.
Elmi istiqaməti- kükürd-, azot saxlayan fenoləvəzli birləşmələr əsasında reaktiv yanacaqların üçün stabilizatorların hazırlanması