Şənbə, 27.04.2024, 03:46

Chemistry

Статистика

Saytdakı istifadəçilərin ümumi sayı: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

QASIMOVA ŞƏRQIYƏ ZEYNAL QIZI

QASIMOVA ŞƏRQIYƏ ZEYNAL QIZI
Neft kimyası və kimya texnologiyası kafedrası, k.e.n. dosent

18 iyul 1949-cu ildə Ağdam rayonunun Güllücə kəndində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinə daxil olmuş 1972-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1973-cü ildə AMEA Y.H.Məmmədəliyev adına Neft Kimyası Prosesləri Institutunda qiyabi aspiran-turaya daxil olmuş, 1984-cü ildə «p-Izopropenilfenilasetat-, benzaat, və –dietilfosfatın stirol və butadienlə birgə oliqomerlərinin sintezi, işığın, temperaturun təsiri ilə çevrilməsinin tədqiqi» mövzusunda həmin institutun ixtisaslaşdırılmış elmi şurasında dissertasiya işi müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsi almışdır.
1972-ci ildən 1990-cı ilə qədər Neft kimyası və kimya texnologiyası kafedrasında laborant, baş oaborant işləmiş, baş laborant işlədiyi müddətdə saat hesabı dərsləri tədris etmişdir.Müsabiqə yolu ilə 1990-cı ildə 0,5 şt. assistent, 1992-ci ildə tam ştatlı assistent, 1993-cü ildə baş müəllim vəsifəsinə seçilmiş, 2000-ci ildən isə dosentdir.
Elmi pedaqoji iş stajı 36 il, o cümlədən pedaqoji stajı 18 ildir. 48 elmi əsərin, o cümlədən «Tüstü qazlarında kükürd qazının və azot oksidlərinin kimyəvi təyini və təmizlənmə üsulları» adlı metodik vəsaitin, «Ekologiyanın əsasları və təbiətin mühafizəsi» adlı dərsliyin müəllifidir. O, respublikada və MDB ölkəlrində keçirilən beynəlxalq konfranslarda çıxış etmiş, əsərləri MDB ölkələrində dərc edilmişdir.
Qasımova Şərqiyə Zeynal qızı kafedrada tədris olunan «Neft kimyası», «Kimya texnologiyası», «Neft karbohidrogenlərinin termokatalitik çevrilmələri», «Neftin heteroatomlu birləşmələri» fənləri üzrə bakalavr, «Funksional əvəzli fenol birləşmələrinin kimyası» fənni üzrə magistr hazırlığı üçün mühazirə və laboratoriya dərsləri aparır, buraxılış işlərinə rəhbərlik edir. Qasımova Şərqiyə həmçinin fakültənin və kafedranın ictimai işlərində yaxından iştirak edir.
Əsas elmi istiqaməti- p-izopropenilfenolun mürəkkəb efirlərinin sintezi və bu efirlərin stirol və butadienlə birgə oliqomerlərinin sintenzi, işiğın, temperaturun təsiri ilə çevrilməsinin tədqiqidir.