Çərşənbə, 08.05.2024, 07:03

Chemistry

Статистика

Saytdakı istifadəçilərin ümumi sayı: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Dekan






Əzizov Abdulsəyid Əbdülhəmid oğlu


Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının professoru, kimya elmləri doktoru


E-mail : aazizov@land.ru


Ümumi məlumat:


- Haranı qurtarıb: 1973, Bakı Dövlət universiteti, kimya fakültəsi.


- Əsərlərinin sayı: 120.


- Son üç ildə əsərlərinin sayı: 40.


Elmi marağı:


Makromolekulların kimyəvi reaksiyaları. Polimerlərlə sorbsiya prosesləri.


Elmi əlaqələri:


A.V.Topçiyev adına Neftkimya sintezi İnstitutu (Moskva)


Pedeqoji fəaliyyəti:


3-cü kurslara "Yüksəkmolekullu birləşmələr kimyası" mühazirə, magistrlərə "Polimerlərin kimyəvi modifikasiyası" mühazirə.

Əlavə məlumat:


1968-ci oldə Qəbələ rayonunun Vəndam kəndində orta məktəbi qurtarıb. indiki Bakı Dövlət Universitetinin kimya fakültəsinə qəbul olunub. 1973-cü ildə Universiteti bitirərək, təyinatla Qəbələ rayonunun Nohurqışlaq kəndində orta məktəb müəllimi işləyib. 1975-ci ildə BDU-inin əyani aspiranturasına qəbul olunub. 1976-cı ildə elmi işini davam etdirmək üçün A.V.Topçiyev adına Neftkimya sintezi İnstitutuna (Moskva, Lenin pr.29) göndərilib. K.e.d. Arkadiy Davidoviç Litmanoviçin rəhbərliyi altında"Poliviniltrimetilsilanın xlorlaşmasının kinetik qanunauyğunluqları" mövzusunda 1986-ci ildə dissertasiya müdafiə edərək kimya elmləri alimlik dərəcəsi alıb.


1979-cu ildən BDU-nun kimya fakültəsində laborant, laboratoriya müdiri, müəllim, baş müəllim, dosent vəzifələrində işləyib. 2004-cü ildə "Bir sıra poliolefin və poliolienlərin xlorlaşma, fosfoxlorlaşma və xlorkarboksilləşmə reaksiyalarının kinetik qanunauyğunluqları" mövzusunda 02.00.06 YMB kimyası ixtisası üzrə kimya elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya işini müdafiə edib. 2005-ci ildən YMB kimyası kafedrasının professorudur. 2006-cı ildən kimya fakültəsinin dekandır.