Cümə axşamı, 28.03.2024, 21:56

Chemistry

Статистика

Saytdakı istifadəçilərin ümumi sayı: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Ümumi və qeyri-üzvi kimya

Ana səhifə»Digər kafedralar

Qeyri-üzvi kimya kafedrası 1934–cü ildə təşkil edilmişdir. Kafedraya prof. P.İ.Kuznetsov (1934-1939); prof. S.C.Hüseynov (1939-1952); prof. A.H.Ağayev (1952-1957); prof. C.İ.Zülfüqarlı (1957-1982); prof. P.H.Rüstəmov (1983-1988); prof. S.M.Hacıyev (1989-1994); prof. M.B.Babanlı (1994-2005) rəhbərlik etmişlər. 2005-ci ildən indiyədək prof. T.M.İlyaslı kafedra müdiri əvəzi vəzifəsində çalışır.

Kafedranın yaradılmasında və inkişafında ilk azərbaycanlı alim, kimya professoru, Azərbaycanda kimya təhsilinin banisi S.C.Hüseynovun böyük xidməti olmuşdur. 1989-cu ildən etibarən kafedra “Ümumi və qeyri-üzvi kimya” kafedrası adlandırılmışdır.


Kafedrada 16 müəllim çalışır.

1. İlysalı Т.М. – kimya elmləri doktoru, professor
2. Babanlı М.B. – kimya elmləri doktoru, professor
3. Sadıqov F.М. – kimya elmləri doktoru, professor
4. Yusibov Y.Ə. – kimya elmləri doktoru, professor
5. Heydərov B.Ə. – kimya elmləri namizədi, dosent
6. Əliyev О.Ə. – kimya elmləri namizədi, dosent
7. Kərimova B.H. – kimya elmləri namizədi, dosent
8. Quliyeva S.Ə. – kimya elmləri namizədi, dosent
9. Nəcəfova Т.Ə. – kimya elmləri namizədi, dosent
10. Hüseynova H.Ə. – kimya elmləri namizədi, dosent
11. Yaqubov N.İ. – kimya elmləri namizədi, dosent
12. Seyfullayeva J.М.– kimya elmləri namizədi, dosent
13. Məmmədova L.Ə. – kimya elmləri namizədi, dosent
14. Əliyev К.Ə. – kimya elmləri namizədi, baş müəllim (0,5 ştat)
15. Quliyeva U.Ə. – baş müəllim.
16. Cəfərova Y.К. – kimya elmləri namizədi, müəllim (0,5 ştat)

Kafedrada tədris olunan fənlər
- Ümumi kimya
- Qeyri-üzvi kimya
- Yarımkeçiricilər kimyası
- Qeyri-üzvi materialşünaslıq
- Fiziki-kimyəvi analiz
- Təbii qeyri-üzvi birləşmələr kimyası
- Faza tarazlığının termodinamikası
- Qeyri-üzvi sintezin əsasları
- Bərk cisimlər kimyası
- Amorf və şüşəvari maddələr kimyası
- Kristallokimya
- Elektron texnikasının materialları
- Qeyri-üzvi kimyanın müasir problemləri
- Qeyri-üzvi kompozisiya materialları
- Rentgen faza analizi
- Qeyri-üzvi maddələrin tədqiqat üsulları
- Yüksək temperaturlu keçiricilər

Kafedranın elmi istiqaməti



2.17. – Qeyri-üzvi kimya
2.17.1 – Qeyri-üzvi sintez
2.17.1.1. – Çoxokmponentli sisitemlərdə faza tarazlığının tədqiqi

Yerli xammal və sənaye tullantılarından perspektiv yarımkeçirici, klaster və kompozitiv poli- və nanomaterialların alınmasının elmi əsaslarının işlənilməsi.

Kafedrada aşağıdakı tədris laboratoriyaları vardır
Qeyri-üzvi kimya
Yarımkeçiricilər kimyası
Fiziki-kimyəvi analiz
Qeyri-üzvi materialşünasliq
Qeyri-üzvi sintez
"Qeyri-üzvi materialşünaslıq " ЕТL

Kafedranın Rusiya, Ukrayna, Belarusiya, Almaniya, İsveç, Fransa, İtaliya və başqa ölkələrin elmi müəssisələri ilə sıx elmi əlaqələri vardır. 1999-2003-cü illərdə kafedrada Avropa Birliyinin INTAS proqramı üzrə müsabiqələrdə alınmış iki qrant çərçivəsində göstərilən ölkələrin alimləri ilə birgə tədqiqatlar aparılmışdır və əməkdaşlıq davam etdirilir.